Bu gün:

Tarixdə ilk yazılı qanun


İlk yazılı qanunlar şumerlər tərəfindən verilmişdir. Bundan əlavə, şumerlər məlum olan ilk hüquq dövləti olma xüsusiyyətinə malikdirlər. Urukagine qiymət və fidyə əsasında ilk hüquq sistemini hazırladı. Urukagine Laqaşın ilk kralı kimi tanınır.

İlk yazılı qanun nədir?

 Məşhur inancın əksinə olaraq, ilk yazılı qanun Hammurapi Məcəlləsi deyildi. Bu qanun Hammurapi Məcəlləsindən təxminən 600 il əvvəl şumerlər tərəfindən yaradılmışdır. İlk qanun 2375-ci ildə Laqaşın Şumer kralı Urukaqina tərəfindən yaradılmışdır.

E.ə 2050-ci ilə qədər Ur-Nummu Ur kralı oldu, e.ə 1870-ci ildə İsin sülaləsi olan Lipit-İştarın yaratdığı qanun gəlir. Daha sonra Hammurabi Məcəlləsi e.ə 1760-cı ildə yaradılmışdır.

Urukagina Şumer kralı kimi tanınır. Bu şahın yaratdığı qanunlar tarixdə ilk yazılı qanunlardır. Bu qanunların digər mühüm xüsusiyyəti də ondan ibarətdir ki, onlar ilk ictimai islahat olub, ilk mülkiyyət hüququ kimi öz dövründə inqilabi xarakter daşıyıblar.

İlk yazılı qanun kimə məxsusdur?

Urukagina tarixdə ilk yazılı qanunları yaradan şəxs kimi tanınır. Onun adını daşıyan bu qanunlar çox sadə şəkildə yaradılmışdır. Ur şəhərində daha çox dini idarə fəaliyyət göstərirdi. Urukaqinanın həyata keçirdiyi inqilabla idarəetmə forması da dəyişdi.

Tarixdə ilk yazılı qanunu hansı sivilizasiya yaradıb?

Urukagina tərəfindən qəbul edilmiş qanunda fidyə sistemi cəza üsulu kimi qəbul edilmişdir. Bundan əlavə, padşah bataqlıqları qurutdu və əkinçilik sahəsinə çevirdi.

Mənbə: hurriyyet.com.tr

Tərcümə etdi: Rəhimə Cəmilova

Paylaş
Şərh əlavə et