Bu gün:

Cənubi Koreyanın ən yaxşı 3 universiteti


Koreya Təkmil Elm və Texnologiya İnstitutu (KAIST)

1971-ci ildə ABŞ məsləhətçilərinin köməyi ilə hökumət tərəfindən qurulan KAIST Cənubi Koreyanın ilk tədqiqata rəhbərlik etdiyi elm və texnologiya universitetidir. Universitetin mərkəzi Daejeon şəhərində yerləşir.

Ola bilsin ki, smartfon, noutbuk və ya avtomobiliniz KAIST məzunu tərəfindən dizayn edilib. Universitetdə aparılan tədris və tədqiqatlar Cənubi Koreyanın reputasiyasının inkişafında mühüm rol oynayıb.

Universitet innovativ akademik sistemə malikdir və digər universitetlərdə tətbiq olunan dövlət kurrikulumu və qəbul qaydaları xaricində avtonom şəkildə fəaliyyət göstərməyə icazə verilir. KAIST Cənubi Koreyanın ilk sınaqsız qəbul sistemini tətbiq etdi (qəbullar qiymətlərə, müəllimlərin tövsiyə məktublarına və şəxsi ifadələrə əsaslanır). Bakalavrlar ixtisas seçimindən əvvəl kursları sınaya və istənilən vaxt ixtisaslarını dəyişə bilərlər. KAIST-də kursların 80 faizindən çoxu ingilis dilində tədris olunur.


Yonsei Universiteti (Seul şəhərciyi)

1800-cü illərin sonlarında fəaliyyətə başlayan Yonsey Universiteti xristian missioner Horris Qrant Andervud tərəfindən yaradılmışdır. Universitet 1946-cı ildə Yonhi Universitetinə çevrilməmişdən əvvəl bir çox fərqli şəxsiyyətlərlə fəaliyyət göstərmiş və 1950-ci illərin sonlarında indiki adını almışdır.

Yonsei Universiteti SKY universitetlərinin üzvüdür, bu termin ölkədə ən prestijli kimi qəbul edilən üç institut üçün nəzərdə tutulub. Məzunlar arasında Cənubi Koreyanın keçmiş baş nazirinin təhsil aldığı bildirlir.

Seul Milli Universiteti

Cənubi Koreyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab edilən Seul Milli Universiteti tələbələrə ölkənin səs-küylü paytaxtının mərkəzində təhsil almaq şansı təklif edir. Universitetdə yüzlərlə bakalavr, aspirantura və PhD kursları təklif edən 16 kollec, bir aspirantura və 10 peşəkar aspirantura var. Əsas kampus olan Qvanak Seulun cənubunda yerləşir və minlərlə tələbə, işçi heyətinə xidmət göstərən 200-dən çox binadan ibarətdir. Universitetin öz metro stansiyası xidmət göstərir. Han çayının şimalında yerləşən universitetin Yonqon şəhərciyi Seul Milli Universitet Xəstəxanasının əsas filialına və tibb, tibb bacısı və stomatoloji məktəblərə ev sahibliyi edir.

Şəhərdən bir qədər kənarda yerləşən Pyeongchang kampusuna Beynəlxalq Kənd Təsərrüfatı Texnologiyası Lisansüstü Məktəbi, həmçinin Yaşıl Bio Elm və Texnologiya İnstitutu və universitetin öz təsərrüfat kompleksi daxildir.

Məşhur məzunlar arasında BMT-nin keçmiş baş katibi Pan Gi Mun, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prezidenti Sonq Sanq-hyun və əvvəllər Ümumdünya Səhiyyə Təşkilatına rəhbərlik etmiş Li Conq Vuk var. Akademik heyətə Nobel mükafatı laureatı Paul Crutzen və Fields medalı laureatı Hironaka Heisuke daxildir.Peşəkar qolfçu Ryu So-yeon Yonseidə tələbə olarkən ABŞ Qadınların Açıq Çempionatını qazandı.

Mənbə: Education in Korea
Tərcümə etdi: Səma Cəlilova

Paylaş
Şərh əlavə et