Bu gün:

Gümüş niyə qaralır?


Gümüş müəyyən müddətdən sonra qaralır və tündləşir. Bu qaralmanın əsas səbəbi kükürd elementidir. Yer üzündə bol olan kükürd elementinin ən kiçik miqdarı belə gümüş mədəninin qaralmasına səbəb ola bilər.

Gümüş zinət əşyalarını digər zinət əşyaları və aksessuarlarla eyni yerdə saxlamaq, üzərindəki maddələrə görə qaralmasına səbəb ola bilər.  Gümüş element kimyəvi quruluşuna görə qaralmağa çox meyllidir.  Nəm və rütubətli yerə qoyulan gümüş zinət əşyaları gün ərzində qarala bilər. Səbəb havada olan hidrogen, kükürd kimi maddələrin olmasıdır. Ancaq qaralma həlli olmayan problem deyil. Asanlıqla cilalana və orijinal vəziyyətinə qaytarıla bilər.

Gümüş zinət əşyalarına sahib olduqdan sonra edilən ən böyük səhv istifadə edilmədiyi zaman zinət əşyalarını açıq qoymaqdır.  

Bəzən insanlar gümüşün qaralmasından şikayətləndiyi üçün aksesuarlarına radium örtük verirlər, lakin radiumla örtülmüş aksesuarlar nəinki tündləşir, həm də vaxtından əvvəl köhnəlir və paslanır. 

Gümüşün qaralmasına səbəb olan hallar:
• Məmulatın üzərinə ətirin düşməsi;
• Kimyəvi məhsullarla əlaqə;
• Digər zinət əşyaları ilə eyni yerdə saxlanılması;
• Açıq hava ilə uzun müddət təmasda olması;
• Rütubətli mühitlərdə qalması;
• Su, turşu və duz ilə təmas. 

 Mənbə: vavgumus.com
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et