Bu gün:

Qurbağalar niyə hoppanır?


Qurbağalar niyə hoppanır?

Bir çox yeriyən heyvanlar sürətlənmək istədikləri zaman qaçmağa başlayırlar, lakin bu, qurbağa üçün baş verəndə bunu tullanaraq edir.

Ümumiyyətlə ovlayan və hərəkətsiz qalaraq dincələn qurbağa üçün bu vəziyyətlər adətən təhlükə ilə qarşılaşdıqda meydana gəlir. Uzun arxa ayaqlarının güclü əzələləri ona bu sıçrayışları asanlıqla əldə etməyə imkan verir. 

Arxa barmaqları arasında uzanan dərinin köməyi ilə suda üzə bilən qurbağa üçün bu ayaqlar kifayət qədər funksionaldır. İstirahət zamanı ayağını və ombasını üst-üstə bükür və kamandan atan ox kimi qabağa tullanır.

Mənbə: kabafii.com
Tərcümə etdi: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et