Bu gün:

Bəzi pandalar niyə qəhvəyi rəngdədir?


Bəzi pandalar niyə qəhvəyi rəngdədir?

Təbiətdə canlı növlərinin müxtəlifliyi rənglərin geniş spektrini əhatə edir. Rəng anomaliyaları növlər arasında əhəmiyyətli fərqlər göstərə bilər və xüsusi rəng xüsusiyyətləri ilə fərqlənmə, hətta eyni növün müxtəlif alt növləri arasında da müşahidə edilə bilər. Bu müxtəliflik təbiətin zənginliyinin əksidir.

Nəhəng panda ağ-qara xəzi ilə tanınsa da, Çinin Şaansi əyalətindəki Qinlinq dağlarında kəşf edilən qəhvəyi nəhəng panda (Ailuropoda melanoleuca qinlingensis) pandaların rəng müxtəlifliyi ilə bağlı ümumi fikirlərə meydan oxuyur. Bu kəşf pandaların rəng palitrasının əvvəllər düşünüldüyündən daha geniş ola biləcəyini ortaya qoyur.

Nəhəng panda növlərinin alt növü kimi tanınan bu qəhvəyi pandalar son dərəcə nadir olduqları üçün Çində milli sərvətə çevrilib. Bütün qəhvəyi pandaların yalnız Qinlinq dağlarında tapılması onların bölgəyə endemik olduğunu göstərir. Bu səbəbdən bu növ qəhvəyi panda adından əlavə Qinlinq pandası kimi də tanınır.

Dan Dan adlı dişi panda Foping Təbiət Qoruğundan götürülərək 1985-ci ildə Xi'an Zooparkına gətirilərək qeydə alınan ilk qəhvəyi panda oldu. 2009-cu ildə Qi Zai adlı erkək qəhvəyi panda balası Fopinqdən xilas edildi və 2024-cü ildən etibarən əsirlikdə yaşayan yeganə qəhvəyi panda kimi qeydə alındı.

Dr.Quan və komandası qəhvəyi panda Qi Zai ailəsinin iki üzvünü müəyyən edib və onların xəritəsini çəkib. Onlar Foping Təbiət Qoruğunda aparılan uzunmüddətli tədqiqatlar çərçivəsində vəhşi nəhəng pandaların ekoloji və genetik məlumatlarını araşdırıblar. Onlar həmçinin mikroskopiya və ötürücü elektron mikroskopiyadan istifadə edərək qəhvəyi lələk rənginin arxasındakı hüceyrə mexanizmlərini ətraflı təhlil etdilər.

Tədqiqatçılar aşkar etdilər ki, Bace2 genində 25 baza cütü uzunluğunda silinmə qəhvəyi pandaların genetik xüsusiyyətlərini təyin edən əsas mutasiyadır. Bu silinmə CRISPR-Cas9 nokaut texnologiyasından istifadə edilməklə, əlavə olaraq tədqiq edilmiş 192 qara panda və genetik modifikasiya olunmuş siçanların ardıcıl analizi ilə təsdiqlənib.

Araşdırma nəticələrinə görə, qəhvəyi pandalarda görülən bu genetik dəyişkənliyin çox aşağı tezlikdə meydana gəldiyi və mutasiyanın quruluşuna görə bu mutasiyanın neytral və ya bir qədər zərərli ola biləcəyi düşünülür. 

Nəhəng pandaların bu nadir xəz rəng dəyişikliyi ilə bağlı elmi əhəmiyyətli və estetik baxımdan diqqəti çəkən tapıntılarımız, gələcəkdə aparılacaq əlavə tədqiqatlarla qəhvəyi pandaların şüurlu şəkildə yetişdirilməsinə istiqamət verəcəkdir.

Mənbə: evrimağacı.com

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et