Bu gün:

Biofilm nədir?


Biofilm nədir

Biofilmlər mikroorqanizmlərin canlı və ya cansız səthlərə yapışaraq əmələ gətirdiyi bir növ qalxandır ki, bu da onların polimerik matrisdə sağ qalmasına imkan verir. Biofilmlər mikroorqanizmlərə müxtəlif üstünlüklər verir. Bu üstünlüklərdən ən mühümü onların antimikrob dərmanlara və dezinfeksiyaedici maddələrə qarşı davamlılığı və mənfi ekoloji şəraitə qarşı müqavimətidir. Bu üstünlüklərə görə mikroorqanizmlər biofilmlər əmələ gətirir; Bu vəziyyət sterilizasiya, dezinfeksiya və dərmanların effektivliyi baxımından problemlər yaradır.

Nanotexnoloji məhsulların biofilmlərə təsiri

Nanohissəciklərin fiziki-kimyəvi, katalitik, optik, elektrik və bioloji xüsusiyyətləri onları biosensasiya, kataliz, dərmanların çatdırılması və kosmetika kimi müxtəlif sahələrdə istifadə etməyə imkan verir. Nanohissəciklərin kimyəvi və fiziki üsullarla sintezi əlavə məhsul kimi zəhərli maddələrin əmələ gəlməsi baxımından təhlükəlidir. Bununla belə, bu üsullar iqtisadi cəhətdən baha başa gəlməsi və vaxt aparması baxımından əlverişsizdir. Nanoelm və nanotexnologiyalardakı irəliləyişlər mikrob hüceyrələrinin kolonizasiyasının qarşısını almaq üçün biofilm matrisini aşa bilən və biomateriallara asanlıqla inteqrasiya edərək patogenə birbaşa yaxınlaşa bilən yeni biosidal nanomaterialların inkişafına imkan yaratdı. Yaşıl sintez vasitəsilə nanomaterialların istehsalı bu cür terapevtik yanaşmalarda uğura yol açır. 

Mənbə: Evrim Ağacı

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et