Bu gün:

Qarışqalar yatırmı?


Qarışqalar koloniyalarda yaşayan canlılardır. Onların həyatında tənhalığa qətiyyən yer yoxdur. Çox böyük icmalarda yaşamağı sevirlər. Onların zəhməti birliklərindən qaynaqlanır.

Qarışqalar öz koloniyalarında daim işləyirlər, ona görə də onların yatıb-yatmaması bizim üçün maraqlı sualdır. Qarışqalar əvvəllər heç vaxt bilmədiyimiz yatmaq metodlarına sahibdirlər. Onların heç vaxt yatmadığı hissi onların çox çalışqan olmasından irəli gəlir, amma bunlara baxmayaraq qəti elmi nəticə əldə olunub. Qarışqalar da yatır!!! Hər bir canlı yuxunu sevər və yorulduğunda öz qabığına çəkilər. Lakin əslində vəziyyət heç də göründüyü kimi deyil. Bu səbəbdən qarışqalar da yatırlar. 




Qarışqaların həyatı digər heyvanlardan fərqlənir. Yuxu və istirahətini tamamlayan yorğun qarışqalar özlərini yaxşı hiss etdikdə növbələrini dəyişirlər. Yəni qarışqalar həm sadiq, həm də çox çalışqan canlılardır. Onların həyata həvəsi tamam başqadır. Məqsədləri, və hətta istiqamətləri baxımından onların evləri onların kompasıdır. Onlar yaşamaq üçün daim çalışırlar. Potensialları yüksək olduğu üçün tez yorulmurlar. Yuvaları varsa mütləq dincəlmək üçün yuvalarına çəkiləcəklər. Gecələr daha çox görünürlər. Gün ərzində uzun müddət yuvalarında qalırlar. O zaman əsl istirahət yuvalarında gizlənməklə əldə edirlər və həmin bu vaxt qarışqaların yuxuya getdiyi zamandır. 


Mənbə: bilgiustam.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et