Bu gün:

Balıq yağı zərərlidirmi?


Balıq yağı zərərlidirmi?

Mütəxəssislər tərəfindən beyin üçün qida olaraq qəbul edilən balıq yağı sağlamlığımız üçün çox əhəmiyyətli bir qida əlavəsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən gündə minimum 2,2 qram istifadəsi tövsiyə edilən balıq yağı orqanizm üçün qoruyucu qalxan rolunu oynayır.

 Balığın üzərinə limon sıxmaq olar?

 Ürək xəstəliklərindən xərçəngə qədər demək olar ki, bütün xəstəliklərdən qorunmanın həlli balıq yağıdır. Omeqa-3 olaraq da bilinən qida mənbəyi təbii yolla balıq yeyərək və ya kapsul və ya maye şəklində hazırlanan dərmanlardan alına bilər. Qurğuşun və civə nisbəti sıfırdırsa, o balıq yağı yüksək keyfiyyətlidir.

 Antarktidada yaşayan insanların infarkt riski Avropada yaşayanlara nisbətən daha azdır. Bu vəziyyətin səbəbi Omega-3 qəbuludur. Omeqa-3 aspirinə bənzəyir. Həm qanı incələşdirir, həm də antikollagen kimi bir çox xüsusiyyətlərə malikdir. Camaat arasında ümumi bir yanlış fikir var. Limonu balığın üzərinə sıxmayın. Limon omeqa-3 ilə qarşılıqlı əlaqədə olduqda onu pozur və təsirini itirməsinə səbəb olur.

 Balıq yağı çəki artımına səbəb olmur

 Balıq yağı bir çox şeyə faydalı olsa da, qadınları ən çox maraqlandıran suallardan biri də "Balıq yağı kökəldirmi?"  10 qr balıq yağı 72 kaloridir. Bir almada 75 kalori var. Yəni 10 qram balıq yağı içsəniz, yalnız bir alma yeyəcəksiniz. Alma yemək eybi yoxdur, amma balıq yağı deyəndə hamı şoka düşür. Salatın üzərinə bir sıçrama zeytun yağı tökülür, amma omeqa-3 tökülmür. Qoxusu olduğu üçün yemək olmaz. Balıq yağı götürsəm kökələrəm. Bu tamamilə yalandır. Balıq yağı qanımızda olması lazım olan efir yağlarından biridir.

 Uşaqların IQ-nu 7,5 faiz artırır

 Uşaqların da bu yağları qəbul etməsi çox vacibdir. Beynin formalaşmasında çox vacib olduğu üçün uşaqların IQ-nu 7,5 faiz artırır. Əlbəttə ki, böyüklər üçün xüsusilə xəstəliklərdən qorunmaq baxımından çox vacibdir. Balıq yağı lüks qəbul deyil, əsas ehtiyacdır. İnsanlar bunu qəbul etməlidir. Deməli, uzun və sağlam yaşamağın sirri müəyyən mənada balıq yağında gizlənir.

Mənbə: hurriyet.com.tr

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et