Bu gün:

Okeanlar haqqında maraqlı faktlar


Tarix boyu bəşəriyyətin diqqətini çəkən, insanlarda maraq oyadan okeanlar öz dərinliyi və böyüklüyü ilə ağlın hüdudlarını sıxışdırır. Bir çox canlı növünə ev sahibliyi edən okeanlar, təsirli olduğu qədər sirli tərəfləri ilə də diqqət çəkir.

Axtarış motorları tez-tez okeanları axtarır. Quruda yaşayan canlıların bir növ şahidi olan insanlar okeanlarda yaşayan canlılar və bu dərin suların bilinməyənləri ilə çox maraqlanırlar. Okean həvəskarları üçün əvvəllər heç eşitmədiyiniz bəzi məlumatları bir araya gətirdik.

200 metrdən sonra tamamilə qaranlıqdır.

Bir çox insanlar günəş işığının okeanın dibinə çata biləcəyini düşünür. Ancaq araşdırmalar bu fikrin yanlış olduğunu sübut etdi. Mövzu ilə bağlı araşdırmalar işığın okeanın səthindən 200 metrə qədər dərinliyə çata biləcəyini ortaya qoydu. 200 metr dərinlikdə olan ərazi tamamilə qaranlıqdır.

Onların 95 faizi hələ kəşf edilməmişdir.

Okeanlarda bir çox sirr gizlənir. İş o yerə çatıb ki, illərlə aparılan işlərə baxmayaraq, okeanların yalnız 5 faizi kəşf edilib. Araşdırmalar hələ də davam etsə də, qalan 95 faizlə bağlı heç bir inkişaf yoxdur.

Suyun təzyiqi işi çətinləşdirir.Okeanlarda suyun təzyiqi kifayət qədər yüksəkdir. Bu səbəbdən onlar müəyyən bir dərinlikdən kənarda dalğıcla üzə bilməzlər. Bu səbəbdən də okeanın dərinliklərində baş verənlər istənilən səviyyədə kəşf oluna bilmir. Texnologiya inkişaf etdikcə yeni kəşfiyyat alətləri hazırlansa da, mövcud alətlər kəşfiyyatı dərinləşdirmək üçün kifayət deyil.Zərərli bakteriya və viruslarla doludur.Araşdırmalar nəticəsində okeanlarda çoxlu canlı bakteriyaların olduğu sübut olunub. İştirak edən bakteriya və virusların hepatit kimi ciddi infeksiyalara səbəb ola biləcəyi deyilir.


Mənbə: Milli Gazete

Tərcümə etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et