Bu gün:

Dil öyrənməyinizi sürətləndirəcək məsləhətlər


Dil öyrənmək indi olduğu qədər heç vaxt asan olmamışdı. Əlimizin altında bir çox resurslar var və dünyanın istənilən yerindən dostlar qazanıb onlar ilə söhbət əsnasında dil öyrənmək çox populyar tendensiyaya çevrilib. Bu yolda uğurla irəliləmək üçün sadəcə olaraq daha çox fokuslanmağa ehtiyacınız var. Bunu isə biz sizə bir neçə addımla öyrədəcəyik.

Unutmaq öyrənmək prosesinin bir mərhələsidir
Biz öyrəndiyimiz yeni söz və frazaları unutmamaq üçün tez-tez təkrar edirik. Həmin ifadələri xatırlamadıqda narahatlıq və məyusluq hissi bizi izləməyə başlayır və motivasiyamızı itiririk, amma narahat olmağa dəyməz. Unutmaq öyrənmək prosesinin bir mərhələsidir.

Qrammatika önəmlidir, amma...
Dil öyrənmə prosesində etdiyimiz digər bir səhv olduqca çətin qrammatika qaydalarını yadda saxlayıb tətbiq etməyə çalışmağımızdır. Öyrənmə zamanı bir çox şey spontan şəkildə inkşaf edəcək və özümüzün də xəbəri olmadan öyrənmə yolumuza qoşulacaq. Bunu qrammatika haqqında da demək olar.

Eşitdiklərimizi başa düşmək üçün tələsirik
Əlbəttə ki, yeni bir dil öyrəndiyimiz zaman tez bir vaxtda onun bizim üçün anlaşılan olmasını arzulayırıq, amma bu gözlənti bizi böhrana sala bilər. Ona görə də tələsmək lazım deyil, sadəcə, öyrənməkdən zövq alın.

Komfort zonanızı tərk edib özünüzə meydan oxuyun
Öyrəndikcə müəyyən bir yol qət edirik və daha sonra irəliləmək, yeni sözlər öyrənmək istəmirik. Çünki bildiyimiz informasiya ilə kifayətlənmək bizi rahat hiss etdirir, amma inkşaf etmək istəyiriksə, öz səviyyəmizdən daha irəli olan söz və ifadələrə baxmalı, öyrənmə yolumuzu bu istiqamətə yönəltməliyik.

Mənbə: lingosteve
Tərcümə etdi: Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et