Bu gün:

"Bağça müəllimlərinin işə qəbulunun sertifikasiyadan keçirilməsi müsbət addımdır"


24media.az ın "1 sual 1 cavab" rubrikasının budəfəki müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, bağça müəllimlərinin sertifikasiyaya cəlb olunmalarını qiymətləndirib.

-Bağça müəllimlərinin sertifikasiyaya cəlb olunmalarını necə qiymətləndirirsiniz? Bu nələri dəyişəcək?

Bağça müəllimləri də təbii ki, tədris prosesinin bir parçasıdır. Və məktəbəqədər təhsil ən az ibtidai təhsil qədər şagirdin gələcək həyatını şəkilləndirir. Çünki o dövrdə uşaqların zehni tərtəmiz olur. Xüsusilə, məntiq, dil, riyazi bacarıqların məktəbəqədər illərdə öyrənilməsi daha asandır və sürətlidir. Dolayısıyla, bağça müəllimlərinin işə qəbulunun həm imtahan sistemi ilə olması, həm sertifikasiyadan keçirilməsi müsbət addımdır. Müəllimlərin işə qəbul imtahanı, daha sonra sertifikasiya eyni proses məktəbəqədərdə də başlayacaq. Və onların işə qəbulunun mərkəzləşdirilmiş şəkildə olması, daha sonra isə işə qəbul olunanların da öz üzərlərində işləməsi baxımından əhəmiyyətilidir. Ona görə bu uşaqların təhsilinə faydası olan bir addımdır, alqışlanmalıdır.

Aysel Aslanova

Paylaş
Şərh əlavə et