Bu gün:

Eyni şəxsin barmaq izləri də fərqlidirmi?


Eyni şəxsin barmaq izləri də fərqlidirmi?

Yəqin ki, hər barmaq izinin fərqli olduğunu eşitmisiniz. Lakin bu, eyni şəxsin müxtəlif barmaq izləri üçün keçərli olmaya bilər. Son araşdırmaya görə, eyni insanın müxtəlif barmaqlarının izləri məşhur inancın əksinə olaraq çox oxşardır.

Hər kəsin barmaq izinin bir-birindən fərqli olduğunu qəbul edirik, o cümlədən eyni genetik məlumatı olan eyni əkizlər, hətta eyni insanın fərqli barmaqlarındakı xətt və üzük naxışlarının bir-birindən fərqli olduğu düşünülürdü. Ancaq bu əhval-ruhiyyə tezliklə dəyişə bilər.

 Kolumbiya Universitetinin Kompüter Elmləri Departamentinin yuxarı kurs tələbəsi Qabe Quonun rəhbərlik etdiyi tədqiqatçılar süni intellekt sistemini layihələndiriblər. Sistemə cüt halında 60 min fərqli barmaq izi skan edildi. Bəzi hallarda barmaq izi cütləri müxtəlif insanlara, bəzi hallarda isə eyni şəxsin müxtəlif barmaqlarına aid idi. Komandanın istifadə etdiyi süni intellekt alqoritmi, bənzərsiz görünən barmaq izlərinin eyni şəxsə məxsus olub olmadığını göstərmək üçün hazırlanmışdır. Zamanla inkişaf etdirilən süni intellekt sistemi bir cüt üçün 77% dəqiqliyə çatdı. Komanda hesab edir ki, bu oxşarlıq cinayət yerindəki barmaq izləri şübhəlilərdən sonra əldə edilənlərdən fərqli olduqda məhkəmə-tibbi araşdırmalarda ipuçlarını tapmaq qabiliyyətini yaxşılaşdıra bilər. Sistemin minlərlə yox, milyonlarla barmaq izi üzərində öyrədilməsi zamanı dəqiqlik dərəcəsinin artacağına da inanılır.

Mənbə: bilimgenc.tubitak.gov.tr
Tərcümə: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et