Bu gün:

Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəlində hansı səviyyədədir?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti Elçin Muradovdur. O, Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəlində yerindən danışıb.

Azərbaycan universitetləri beynəlxalq reytinq cədvəlində hansı səviyyədədir və bunun səbəbi nədir?

Məsələ belədir ki, Azərbaycan universitetlərinin az bir qismini çıxmaq şərti ilə bir çox universitetlərdə təhsil çox aşağı səviyyədə olduğu üçün həmin universitetlərin diplomları xaricdə, hətta yaxın qardaş ölkədə tanınmır. Bunun bir çox səbəbləri var:

Dərslərin qeyri-ciddi şəkildə keçirilməsi, tələbələrin oxuduqları ixtisasa sadəcə diplom xarakterli baxması, qiymətləndirmə prosesində qeyri-şəffaf vəziyyətlərin yaşanması və s. 

Məsələn, Azərbaycanda tibb fakültəsini bitirən bir tələbə xaricə (Avropa ölkələri başda olmaqla) ixtisasını artırmaq və daha da möhkəmləndirilmək üçün getdiyi zaman, təəssüf ki, diplomu və aldığı təhsili qəbul etmirlər və yenidən tibb təhsilinə yönləndirilirlər. 

Bütün bunlara görə Azərbaycan təhsili dünya təhsil sıralamasında, əfsuslar olsun ki, lazımi yerdə dayanmır. Bunlarla yanaşı, Azərbaycanda çox güclü və keyfiyyətli təhsil verən universitetlər də mövcuddur. 

Mənim təklifim belədir ki, universitet rəhbərləri, elmlər akademiyasının nümayəndələri və Elm və Təhsil Nazirliyinin əməkdaşları bu neqativ halların aradan qaldırılması istiqamətində birgə müzakirələr aparmalı, layihə və təkliflər irəli sürməlidir. Zənnimcə, Avropanın, qardaş ölkə Türkiyənin prestijli universitetləri ilə yaxın əməkdaşlıq edilməlidir.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et