Bu gün:

Dünyanın ən çirkli ölkəsi və paytaxtı hansıdır?


Dünyanın ən çirkli ölkəsi və paytaxtı hansıdır?

 Dünyanın ən çirkli 10 şəhərindən 9-u Hindistandadır.

Hindistan və bütün Cənubi Asiyada duman və zəhərli hava ilə mübarizə davam edərkən, Yeni Dehli 2023-cü il üçün dünyanın ən çirkli paytaxtı seçilib.

“Şərq əl-Avsat”ın Sky News-dan verdiyi xəbərə görə, İsveçrədə yerləşən IQAir hava keyfiyyətinə nəzarət qrupunun dünyanın ən çirkli şəhərləri ilə bağlı hazırladığı hesabatda ilk 10 şəhərdən 9-nun Hindistanda olduğu ortaya çıxıb. 

 Yeni Dehli, hər kubmetrə 102,1 mikroqram (μg/m³) olan incə hissəciklərin (PM2.5) illik orta konsentrasiyası ilə ümumilikdə üçüncü ən çirklənmiş şəhər və ən çirklənmiş paytaxt şəhəri kimi təsnif edilmişdir.

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, ölkələr PM2.5-in orta konsentrasiyasını 5 μg/m³ təşkil etməyi hədəfləməlidirlər.

 Hissəciklərin çirklənməsinə məruz qalma astma, xərçəng, ağciyər xəstəlikləri, insult və digər xəstəliklərlə əlaqələndirilir.

PM2.5-in ağciyərləri daha asan əhatə edə, hətta qan dövranına daxil ola biləcəyi də bildirilir.

 Yeni Dehli il boyu pis hava keyfiyyəti ilə üzləşir, lakin qış çox vaxt ən pis dövrdür.

 Ötən ilin sonunda zəhərli hava səbəbindən məktəblər və kolleclər bir neçə gün bağlanmışdı.

 Noyabr ayında Yeni Dehli havanın çirklənməsini azaltmaq üçün yollarda avtomobillərin sayına məhdudiyyətlər qoyub.

 Lakin bir neçə gün sonra Hindistan, Pakistan və Banqladeş şəhərlərini sıx duman bürüdü və bəzi ərazilərdə müəssisələri və məktəbləri bağlamağa məcbur oldu.

Ən çirkli ölkə Banqladeşdir

 Hesabatda həmçinin məlum olub ki, Banqladeş illik PM2.5 konsentrasiyası 79,9 μg/m³ olmaqla dünyanın ən çirkli ölkəsidir.

 Hesabata görə, Pakistan 73,7μq/m³ ilə ikinci, Hindistan 54,4μq/m³ ilə üçüncü, Tacikistan isə 49μq/m³ ilə dördüncü yerdədir.

 Bu nəticələr Cənubi Asiya regionunu dünyanın ən çirkli bölgəsinə çevirir.

 IQAir qeyd edib ki, yalnız yeddi ölkə ÜST-nin illik PM2.5 təlimatına cavab verir, yəni Avstraliya, Yeni Zelandiya, Estoniya, İslandiya, Qrenada, Mavrikiy və Finlandiya.

 Hesabat məlumatları 134 ölkə və regionda yerləşən 30 mindən çox hava keyfiyyətinin monitorinqi stansiyalarından toplanıb.

Mənbə: indyturk.com

Tərcümə etdi: Nuray Mürsəlova 

Paylaş
Şərh əlavə et