Bu gün:

Daha az ev tapşırığı edən finlandiyalı şagirdlər niyə daha uğurlu olurlar?


Finlandiyalı şagirdlər məktəbdə az vaxt keçirirlər, daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər. Bunun sirri nədir?

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tədqiqat mərkəzi bildirir ki, Finlandiya məktəbliləri hər hansı digər OECD ölkəsində olduğundan daha az dərs keçir və ev tapşırığı alır.

Yay tətili daha uzundur

Məktəblərlə valideynlər arasında mübahisə mövzularından biri də yay tətillərinin uzunluğudur.

İngiltərə və Uelsdə uşaqlar iyulun ortalarına qədər məktəbə gedirlər. Finlandiyada isə mayın sonunda başlayan tətil 10 - 11 həftə çəkir.

Bundan başqa, finlərin uşaqları nəzəri olaraq yeddi yaşına çatmamış məktəbə getməli deyillər. Hərçənd, onların çoxu bu yaşa qədər artıq məktəbə gedir.

Beynəlxalq Piza imtahanlarına gəlincə Finlandiya oxu üzrə altıncı, Britaniya isə 23-cü yeri tutur. Riyaziyyat üzrə isə Finlandiya 12-ci, Britaniya isə 26-cıdır.

Yaxşı, bəs nə baş verir? Necə olur ki, finlər oxumağa gec başlayırlar, daha az dərs oxuyurlar, bununla yanaşı hamını qabaqlayırlar?

Valideynlər məktəblərin düzgün qərarlar verdiyinə və dərs günü ərzində uşaqlara yaxşı təhsil verdiyinə inanırlar. Məktəblərsə öz müəllimlərinin keyfiyyətinə etibar edirlər.

Finlandiyada müəllimlik yüksək statuslu peşədir. Müəllimlərə böyük peşəkar muxtariyyət verilib.

Əlbəttə, biz rahat və arxayın fin yanaşmasının irəliyə aparan üsul olduğunu düşünə bilərik. Ancaq bununla yanaşı biz Sinqapur və Cənubi Koreya kimi uğurlu təhsil sisteminə malik ölkələrə də baxa bilərik.

Onların da uşaqları Britaniya məktəblilərindən yaxşı nəticələr göstərirlər. Ancaq onların mədəni yanaşması kökündən fərqlidir. Onların yanaşması uzun tədris saatlarına və amansız təzyiqə köklənib.Onların da uşaqları Britaniya məktəblilərindən yaxşı nəticələr göstərirlər. Ancaq onların mədəni yanaşması kökündən fərqlidir. Onların yanaşması uzun tədris saatlarına və amansız təzyiqə köklənib.

Ev tapşırığı işə yarayır

Ev tapşırığı finlərə lazım olmasa da, aparılan tədqiqatlar onun müsbət fərq yaratdığnı göstərir.

Britaniyanın Təhsil Departamentinin apardığı araşdırma nəticəsində məlum olub ki, hər axşam evdə iki-üç saat ev tapşırığı edən şagirdlər imtahanlarda heç ev tapşırığı etməyən şagirdlərə nisbətən 10 dəfə daha yaxşı nəticə göstərirlər.

Ona görə də, axşamlar uşaqlarımızla ev tapşırığı üstündə apardığımız mübahisələrə qayıtsaq yaxşıdır.

Mənbə: BBCnews 

Tərcümə etdi: Aytac Musayeva 

Paylaş
Şərh əlavə et