Bu gün:

"Self-study” bunun üçün ən əlverişli yoldur"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Elçin Süleymanovdur. 


Bəzi insanlar dil öyrənən zaman fərdi müəllimlərlə və ya kurslarla yox, “self study şəkildə” (yəni özləri tək) öyrənirlər, bunun nə kimi mənfi və ya müsbət cəhətləri var?


Qloballaşmanın gətirdiyi tələblərə uyğun olaraq xarici dil öyrənmək hazırkı dövrdə vacibdir. Dil öyrənmək üçün isə kifayət qədər zəngin resurslar var, istər internetdən, istərsə də xarici proqramlara qoşularaq asanlıqla dil öyrənmək mümkündür. Bütün bunlar isə şəxsin yaşı, dil öyrənmək bacarığı və digər qabiliyyətlərinə əsasən dəyişir. 


Əgər siz dili akademik məqsədlər üçün deyil, sadəcə gündəlik danışıq və ünsiyyət bacarıqlarınızı inkişaf etdirmək məqsədi ilə öyrənmək istəyirsinizsə, self-study bunun üçün ən əlverişli yoldur. Lakin hər hansısa proqram üçün öyrənmək istəyirsinizsə, bu təqdirdə peşəkar müəllimlərə və ya kurslara müraciət etsəniz, daha yaxşı nəticə almış olacaqsınız. 


24Media.az qeyd edir ki, günümüzdə olduqca geniş yayılan “self-study” (öz-özünə öyrənmə) heç bir imtahana və ya kurikuluma bağlı olmadan tək başına edilən öyrənmə növüdür. İnternetin həyatımızın ayrılmaz bir hissəsi olması ilə bərabər, bu öyrənmə metodu ənənəvi təhsildən daha sürətli, məhsuldar olması və hər mühitdə tətbiq edilməsi rahat olduğu üçün çox insanın marağını özünə cəlb edir.


Səadət Quliyeva

Paylaş
Şərh əlavə et