Bu gün:

İtlər sahibini təhlükədən necə xəbərdar edir?


Ehtimal olunur ki, itlər təhlükəni hiss edə bilir və bu barədə sahibini xəbərdar edir.  Araşdırmalara görə, itlər mükəmməl qoxu və kəskin eşitmə qabiliyyəti sayəsində buna qadirdirlər.

Onlar insanlardan onunla fərqlənir ki, onların iki hissiyyatı digərlərindən güclüdür - eşitmə və qoxu. Bunu heyvanların super gücü adlandırmaq olar, çünki yüksək hissləri sayəsində onlar təhlükənin yaxınlaşmasını hiss edə bilirlər.  Üstəlik, bu ağıllı və sadiq heyvanlar təhlükə barədə xəbərdarlıq edə bilər, ancaq onların ipuçlarını başa düşmək də lazımdır.

Hürmək, hönkürmək və sızlamaq

Köpəyiniz ərazidə təhlükə və ya içəri girən şəxs gördüyü zaman dayanmadan hürərək sizi xəbərdar etməyə və diqqətinizi cəlb etməyə çalışacaq.

Bundan əlavə, əgər itiniz ağlayırsa, bu o deməkdir ki, o, nədənsə qorxur və ya təhlükədədir. Belə vəziyyətdə ona yaxınlaşın, çünki ciddi bir şey baş verə bilər.

İtlərin tez-tez yeni insanlara hürdüyünü xatırlamaq vacibdir.

Qaçış

Qaçmaq itinizin sağlıq problemlərin olmasını göstərə bilər. Həmçinin, əgər ev heyvanınız pəncələrini tez-tez yalayırsa, bu, onu baytara aparmağınızın açıq əlamətidir.

Gizlənmək

Heyvanınız həddindən artıq narahatdırsa və əhəmiyyətli bir təhlükədən qorxursa, it gizlənərək özünü qorumağa çalışır.  Əgər itinizin heç bir səbəb olmadan gizləndiyini görsəniz, səbəbləri öyrənməlisiniz.

Cızmaq/cızıqlar

Bir it qəribə səslər çıxardıqda və sizi və ya mebelləri cızdıqda, sahibinə nəsə deyir.

Ciddi bir şey olub olmadığını yoxlamaq həmişə vacibdir.

Bir insan xəstə olanda bədəni dəyişir və itin həssas qoxu hissi bu incə dəyişiklikləri aşkar edə bilər. Əgər itinizin davranışı kəskin şəkildə dəyişibsə, sağlamlığınızı yoxlayın.


Mənbə: rbc.ua

Tərcümə etdi: Leyla Bayandurlu 


Paylaş
Şərh əlavə et