Bu gün:

Yumurtanın faydaları


Yumurtanın faydaları


Yumurta sağlamlıq faydaları və qida tərkibi ilə əsrlər boyu tanınan təbii qidadır. Hər yaşdan bir çox insanın qidalanma vərdişlərinə daxil olan yumurta, zülal ehtiyaclarının qarşılanmasında mühüm rol oynayır. Bu səbəblə yumurtanın sağlam fərdlərin qida rasionuna daxil edilməsi tövsiyə edilir. Vitamin və minerallarla da zəngin olan yumurta, tərkibindəki xolesterin və yağ tərkibinə görə tez-tez müzakirə edilən və araşdırma mövzusu olan bir qidadır. 

Yumurtanın sağlamlıq üçün bir çox faydasından danışmaq olar. Bu müsbət təsirlər tamamilə yumurtanın makro və mikro qidalarla çox zəngin olması ilə bağlıdır. Xüsusilə yüksək miqdarda A, B5, B9 (fol turşusu), B12, D, E, K, B6 vitaminləri olan yumurta fosfor, selen, kalsium və sink mineralları ilə də zəngindir. Bundan əlavə, yumurtanın faydalarına aşağıdakılar daxildir:


Sağlam insanlarda normal dəyər aralığına çatmaq üçün yaxşı xolesterol olaraq bilinən HDL xolesterini dəstəkləyərək ürək-damar xəstəliklərindən qorunmağını dəstəkləyir.

Tərkibindəki yüksək kolin sayəsində hüceyrə membranlarının sağlamlığını gücləndirməyə kömək edir. A vitamininin öncülləri olan karotenoidlər lutein və zeaksantin yüksək səviyyədə olan yumurta sarısı göz sağlamlığını yaxşılaşdırmağa və tor qişanın zədələnməsinin qarşısını almağa kömək edir.

Tərkibindəki yüksək protein sayəsində yaraların sağalmasını, əzələlərin qurulmasını və təmirini dəstəkləyir.

Tərkibindəki zülal və sağlam yağ tərkibinə görə uzun müddət tox qalmağı dəstəkləyir və həddindən artıq qida qəbulu və nəticədə piylənmənin inkişafı ehtimalını azaltmağa kömək edir. Tərkibində aşağı kalorili olmasına baxmayaraq, toxluq hissi yaradır, çəkiyə nəzarəti asanlaşdırır. O, həmçinin arıqlama pəhrizlərinin davamlılığını dəstəkləyir və bu proseslər zamanı qan şəkərindəki dalğalanmaları azaldır. 


Mənbə: medicalpark.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et