Bu gün:

Kişilər niyə müəllim olmaq istəmirlər?


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı təhsil eksperti Adil Vəliyevdir. O, ölkəmizdə kişi müəllimlərin sayının azlığı barəsində danışıb.


Ölkəmizdə kişi müəllimlərin azalma səbəbi nədir?

Ailənin əsas gəlir yeri kişi olduğu üçün kişilər daima daha yüksək gəlirli işlərdə işləməyə üstünlük verirlər ki, ailənin maddi çətinlikləri olmasın. 15-20 il bundan əvvələ nəzər salsaq, görərik ki, müəllimlərin maaşı həmin dövrdə çox az idi. Buna görə də, kişi müəllimlər məktəblərdən imtina edərək özəl kurslarda və s yerlərdə işləməyə başladılar. Özəl kurslar müəllimlərə daha çox məvacib verirdi və onlarda iş saatı da 09:00-18:00 məcburiyyəti təşkil etmirdi. Məsələ burasındadır ki, bu proses hələ də davam edir və kişi müəllimlərin dövlət məktəblərində işləməməsinə gətirib çıxarır.

Bundan əlavə, kişilər qalan zamanlarında repetitor kimi də fəaliyyət göstərməyə üstünlük verirlər. Bunun nəticəsində də, həmin müəllimlərin aylıq gəlirləri üç minə çatır. Əgər bu mövzuda, məktəblərdə kişi müəllimlərin artmasını istəyiriksə, onlar üçün müəyyən güzəştlər nəzərdə tutulmalıdır. Məsələn, 09:00-18:00 iş saatı məcburiyyəti yığışdırılsa, yəni müəllim dərsi olmadığı təqdirdə məktəbdən çıxıb başqa işlərini rahatlıqla görə bilsə, başqa yerlərdə işləyə bilsə, bu zaman məktəblərə daha rahat cəlb oluna bilərlər. Bundan əlavə, ev alışı zamanı ipoteka şərtləri və s. üçün kişi müəllimlərə müəyyən güzəştlər tətbiq edilsə, bu problem nisbətən aradan qalxa bilər.

Gülay Qəribova

Paylaş
Şərh əlavə et