Bu gün:

Otoimmün xəstəliyi nədir?



Bədəndəki immunitet sistemi insanı daxildən və xaricdən gələ biləcək təhlükələrdən qoruyur. Ancaq immunitet sistemi çox işlədiyi zaman bədəndəki bir çox toxuma və orqanı mənfi və pis maddələr kimi qəbul edərək onlara hücum edərək bu xəstəliklərə yol açır.  Bu xəstəliklər bir çox toxuma və orqanlara təsir göstərə bilər.


Otoimmün xəstəliklərə səbəb nədir?

Bu xəstəliklərin niyə meydana gəlməsi ilə bağlı qəti bir tapıntı və ya izahat yoxdur.  Ancaq bəzi zərər, təzyiq və ya infeksiya vəziyyətlərində immunitet sisteminin həddindən artıq işləməsi bu xəstəliklərə səbəb ola biləcəyi düşünülür.
Bundan əlavə, bəzi şərtlər bu xəstəliklərin yaranmasına səbəb olur.  Otoimmün xəstəliklərə səbəb olan risk faktorları aşağıdakılardır:
Genetika (irsi): Çox Skleroz (MS) və Lupus kimi bəzi xəstəliklər genetik qruplaşma göstərə bilər. Ailə üzvünün bu kimi müəyyən xəstəliklərə sahib olması insanın bu xəstəliklərə tutulma şansını artırır.
Piylənmə (Çəki): Artıq çəkisi olan insanlarda romatoid artrit və psoriatik artrit riski var.  Bunun səbəbi artıq çəkinin oynaqlara təzyiqi artırmasıdır ki, bu da immunitet sisteminin fəaliyyətini artırır. Bu halları nəzərə alsaq, bu xəstəliklərlə qidalanma arasında əlaqə olduğu görünür.
Siqaret çəkmək: Siqaret çəkənlərdə lupus, hipertiroidizm, romatoid artrit və dağınıq skleroz (MS) kimi xəstəliklərin riski yüksək olduğundan, siqaret ilk risk faktorları arasındadır.
Dərmanlar: Bəzi dərmanların uzun müddət istifadəsi insanlarda bu xəstəliklərin olma ehtimalını artırır.

Otoimmün xəstəliyin əlamətləri hansılardır?

Bu xəstəliklərin əksəriyyəti oxşar şəkildə baş verir və simptomlar, əlamətlər də oxşardır. Bu vəziyyət xəstəliyin diaqnozunun çətinliyini artırır.
Əksər xəstəliklərdə görülən əlamətlər ağrı, qızartı, qızdırma və iltihabdır. Bir çox xəstəliklərin ilkin simptomları oxşar olsa da, otoimmün xəstəliklərin əlamətləri aşağıdakılardır:
Zəiflik və yorğunluq
Əzələ və oynaq ağrıları
Diqqətin olmaması və diqqəti cəmləyə bilməməsi
Əllərin və ayaqların uyuşması
Saç tökülməsi
Dəri problemləri (tökülmə və qızartı)
Oynaqlarda və müxtəlif toxumalarda şişkinlik


Mənbə: np istanbul
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et