Bu gün:

Qaragilələr niyə mavi rəngdə olur?


Nəhayət, qaragilələrin niyə mavi olması tapılıb. Və bu sirr ətdə və ya dəridə deyil, onun ətrafındakı mumlu örtükdədir. Mavi təbiətdə nadir bir rəngdir və canlılara bu rəngi təbii olaraq meydana gələn bir neçə üzvi birləşmə verir. Bəs niyə bu giləmeyvə tam olaraq mavidir?
Elm adamları bu yaxınlarda bu tapmacanı tapıblar. Məlum olub ki, bu, meyvə qabığı deyil. Fevralın 7-də Science Advances jurnalında dərc olunan araşdırmada tədqiqatçılar meyvənin mumlu örtüyündəki kiçik, təsadüfi düzülən kristalların işığı səpələyərək qaragilələrə indiqo görünüşünü verdiyini aşkar ediblər.


Qeyd etdiyimiz kimi, mavi rənglər canlılarda nadir hallarda olur. Kəpənəklər və tropik qurbağalar kimi nümunələrin əksəriyyətində bu kölgəni yaratmaq (əsasən yırtıcıların qarşısını almaq üçün) ağıllı hiylələrə əsaslanır. Sapfir və lapis lazuli kimi mavi qayalara və minerallara belə rast gəlmək çətindir.
Amma qaragilə daha çox sirlidir.

Böyük Britaniyanın Bristol Universitetinin tədqiqatçısı, aparıcı tədqiqatçı Rox Middleton açıqlama verib ki, qaragilənin mavisini əzməklə çıxarmaq mümkün deyil, çünki o, meyvədən sıxıla bilən piqmentli şirədə yerləşmir. Buna görə də biz rəngində qəribə nəsə olduğunu bilirdik.

Qaragilədə antosiyaninlər adlanan güclü piqmentlər olsa da, bunlar meyvə qabığının indiqo kölgəsindən tamamilə fərqli tünd qırmızı-bənövşəyi rəngə malikdir. Bununla belə, əksər bitkilər kimi qaragilə də suya davamlı örtük və infeksiyaya qarşı maneə rolunu oynayan nazik bir qoruyucu mum təbəqəsi ilə örtülmüşdür. Middleton komandası mavi rəngin meyvənin xaricindən gəldiyindən şübhələnirdi. Beləliklə, onlar bu mumun bir nümunəsini çıxartdılar və onu bir karton parçasına yenidən kristallaşdırdılar. Bu təbəqəyə diqqətlə baxdıqda meyvənin imza rəngini yaratmaq üçün mavi və ultrabənövşəyi şüaları saçan mumun içərisində kristal quruluşların təsadüfi paylandığını tapdılar.

Middleton: "Bu göstərir ki, təbiət həqiqətən səliqəli bir hiylədən, mühüm rəngləndirici üçün ultra nazik təbəqədən istifadə etmək üçün inkişaf edib. Əvvəllər heç kimin görmədiyi yeni bir mavi örtük yaratmaq üçün mumu yığaraq həmin rəngi təkrarlaya bilmək daha həyəcanlı idi. Kəşf davamlı və biouyğun mavi örtüklər və rəngləndiricilər üçün maraqlı imkanlar açır. Tədqiqatçılar araşdırmada yazıblar ki, bunlar sensorlardan tikintiyə, avtomobil boyalarına qədər hər şeydə istifadə edilə bilər. Lakin bu mumların bitkilərdəki geniş və əsasən naməlum funksiyaları o deməkdir ki, bu yeni rəngləndiricilər potensial olaraq tədqiqatçıların hələ araşdırmağa başlamadıqları bir çox faydalı xüsusiyyətlərə malikdir".
Komanda indi mumu hazırlamaq və tətbiq etmək üçün daha sadə yolların olub-olmadığını görür.

Middleton onu da bildirib ki, bu təbii mumun bütün funksiyalarını süni şəkildə hazırlanmış materiallarda qurmaq xəyaldır.

Mənbə: livescience
Tərcümə etdi: Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et