Bu gün:

Maça çayının faydaları


Maça sözü əzilmiş çay deməkdir. Kölgədə yetişən çay ağacı yarpaqlarının oksidləşmədən qurudularaq toz halına salınması ilə əldə edilən Maça çayı son dərəcə keyfiyyətli yaşıl çay növüdür.
Maça çayı ümumiyyətlə Gyokuro çay ağaclarından alınır. Xüsusi üsulla qurudulub toz halına salınan çay yarpaqları adi yaşıl çaydan qat-qat təsirli olur. Maça çayı faydalarına görə Yaponiyada tez-tez istifadə edilən çaydır. Bəs, çox sağlam olduğu bilinən maça çayının faydaları nələrdir?

Tərkibində orqanizmi təhlükəli sərbəst radikallardan qoruyan katexinlər adlanan güclü antioksidantlar var. Yaşıl çayda olan ən güclü katexin güclü antikanserogen olduğuna inanılan Epigallocatechin gallate (EGCG)-dir.

İnsanların dünyanın ən uzun yaşadığı bölgə olan Okinavada bu çayın istehlak nisbəti çox yüksəkdir və iltihab, oksidləşmə və yaşlanma ilə mübarizə aparan xüsusiyyətlərə sahib olduğu bilinir.

Tədqiqatlar hələ də maça çayının xolesterol üzərində müsbət təsiri ilə bağlı qəti nəticəyə gəlməsə də, müntəzəm olaraq matcha çayı içən insanların içməyənlərə nisbətən daha az LDL (pis) xolesterin və yüksək HDL (yaxşı) xolesterinə sahib olduğu müşahidə edilmişdir. matcha çayı.

Maça çayı içməyin başqa bir faydası da digər çaylara nisbətən maddələr mübadiləsi sürətini 4 dəfə artırmasıdır.

Bir araşdırmaya görə, məşqdən dərhal əvvəl maça çayı içmək məşq zamanı kalori yandırma sürətini 8-10%-dən 35-43%-ə qədər artırır.

Maça çayında yüksək miqdarda olan xlorofil, orqanizm üçün qanı təmizləyən əla detoksifikasiya xüsusiyyətinə malikdir.
Maça çayı təbii yolla bədəndən ağır metalların və kimyəvi toksinlərin çıxarılmasında da güclü təsirə malikdir.

Maça çayı digər yaşıl çaylardan 5 dəfə çox L-theanine ehtiva edir. L-theanine dopamin və serotonin hormonlarının ifrazını təmin edir. Bu iki hormonun xüsusiyyəti yaddaşı gücləndirmək, daha yaxşı konsentrasiyanı təmin etmək və əhval-ruhiyyəni müsbət yüksəltməkdir.

Bütün yaşıl çaylar kimi maça çayında da kofein var. Ancaq burada olan kofein qəhvədə olandan daha sağlamdır. Theophlline kimi tanınan kofeinin bu xüsusi forması mənfi təsirlər olmadan enerji səviyyələrini saxlayır.

Maça çayının ən əhəmiyyətli üstünlüyü bir fincandakı antioksidant nisbətinin antioksidan təmin edən digər çaylardan 5 dəfə yüksək olmasıdır.

Mənbə: Rafinera
Tərcümə etdi: Aytac Bəxtiyarlı

Paylaş
Şərh əlavə et