Bu gün:

Dodaq dolğusu nədir?


Dodaq dolğusu istənilən dodaq görünüşünü əldə etmək üçün dodaqlara xüsusi dolğuların əməliyyatsız yeridilməsidir. Orqanizmdə olan təbii bir maddə olan sintetik hialuron turşusundan (HA) ibarət olan dodaq dolğusu insanların dodaqlarını dolğun etməklə yanaşı, dodaq sərhədlərini aydın və simmetrik edir.




Qeyri-cərrahi estetik müalicə üsulları arasında yer alan dodaq dolğusunun təsiri müvəqqətidir. Lakin onun qısa müddətdə tətbiq oluna bilməsi və ağrısız və təkrarlanan prosedur olması dodaq dolğularının populyarlığını artırır. Bu prosedur nəticəsində insanlar təbii nəticə əldə edə bilirlər.




Dodaq dolğusu prosedurundan əvvəl həkim tərəfindən dodaqlara lokal anestezik krem çəkilir və ya dodaqdan lokal anesteziya tətbiq olunur. Bu, dodaqların uyuşmasını və ağrının hiss olunmamasını təmin edir. Uyuşmaya nail olduqdan sonra incə uclu iynə və ya batmayan iynələrdən (kanulalar) istifadə edərək dodağın təyin olunmuş nahiyələrinə dolğu yeridilir. Təsiri dərhal görünən bu proses qısa bir zaman alır. 




Mənbə: memorial.com


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et