Bu gün:

Ramazan ayında qidalanma zamanı nələrə diqqət yetirməliyik?


24media.az-ın budəfəki müsahibi qida eksperti Elsevər Fərzəliyevdir. O, ramazanda qidalanmadan danışıb.  

-Ramazan ayında qidalanma zamanı nələrə diqqət yetirməliyik?

Ramazan ayı on bir ayın sultanı olaraq qəbul edilir. Ramazanda insanlar qidalanmağa müəyyən məhdudiyyətlər tətbiq edirlər. Bu heç də o demək deyil ki, insan orqanizmi onun günlük tələbatı üçün lazım olan enerji miqdarını almamalıdır. Baxmayaraq ki, insan sutka ərzində iki dəfə qidalanır, lakin onun qidasında orqanizm üçün tələb olunan bütün qida inqredientləri ilə yanaşı, orqanizmə enerji verə biləcək korbohidrat, zülal və yağ tərkibi təmin olunmalıdır. 

İnsan öz enerji ehtiyatlarını qida məhsulları vasitəsi ilə aldıqlarını bilirlər. Təbii ki, orqanizm üçün digər qida inqredientləri, o cümlədən, polifenol birləşmələri, boyaq maddələri, su və yağda həll olan vitaminlər, mineral tərkib, yəni mikro, makro, ultramikro elementlər də qidanın tərkibini təşkil etməlidir. Qidalanan zaman bunlara olduqca diqqətlə yanaşmaq lazımdır. 

Gülnisə Əfkari

Paylaş