Bu gün:

"Moko" nə deməkdir?


"Moko" nə deməkdir?

“Moko” Yeni Zelandiyalı Maorilərin ova getməzdən əvvəl üzlərinə taxdıqları kamuflyaj növüdür. Bu kamuflyaj zamanla qalıcı bir döyməyə çevrildi. Qəbilə üzvlərinin üzlərindəki cizgilər mədəni səviyyələrindən, ovçuluq məharətindən, xüsusi səlahiyyətlərindən, biliyindən və uşaqlarının sayından asılı olaraq çoxalırdı. İnsan varlıq tarixi boyu özü üçün müqəddəs və son hesab etdiyi bütün simvolları müxtəlif səthlərə çəkməyə çalışsa da, duyğu və düşüncələrini üz ifadələri ilə ifadə edən təsvirlər üzərində edilən bu döymələr tez-tez fiziki ünsiyyətin başlanğıc nöqtəsi, fərdin daxili səyahətinin ən saf və mütləq sübutudur. Moko müdafiədir, Moko hücum, yayılma və yox olmaqdır, Moko təbiətlə bir olmaqdır.

Mənbə: Moko Art Design

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et