Bu gün:

Şüşə nədən hazırlanır?


Şüşə nədən hazırlanır?

 Şüşə həyatın bir çox sahələrində istifadə olunan bir materialdır. İnsanlar şüşənin nədən hazırlandığı ilə maraqlana bilər. Şüşənin necə hazırlanması haqqında çoxlu əsərlər yazılmışdır. Şüşənin xammalının qum olması sualı da ağlına gələ bilər. Yazılı mənbələrdə şüşə xammalı da yer alır. Hazırda şüşənin müxtəlif formalarda istehsal edildiyini də görmək olar. Təmiz qum qızdırıldıqda şüşə alınırmı sualını sizin üçün araşdırdıq.

Şüşə nədən hazırlanır?

 Şüşə həyatın bir çox sahəsində görə biləcəyiniz bir maddədir. Bəşəriyyət üçün son dərəcə əhəmiyyətli olan şüşə həyatı daha rahat yaşamağa kömək edir. Kövrək material olan şüşə həm də sağlam və estetik xüsusiyyətləri ilə tanınır. Şüşənin xammalı, harada istifadə edildiyi və nə üçün istifadə olunduğu hər kəsi maraqlandıran mövzulardır.

 Şüşə, pəncərə, mebel, mətbəx əşyaları, güzgülər, işıqlandırma avadanlıqları və aksesuarları kimi bir çox sahədə istifadə olunur. Bəzən şüşə bacarıqlı əllərdə sənət əsərinə çevrilə bilir. Keçmişdə istifadə edilən və bu gün üzə çıxan tarixi əsərlərdə belə şüşədən istifadə edildiyi görülür. Hətta əsrlər əvvəl tikilmiş qəbirlərdə tapılan gözyaşardıcı şüşələr də şüşədən istifadə edildiyini göstərir.

Qum şüşənin xammalıdırmı?

 Şüşənin xammalı qumdur. Şüşənin hazırlanma üsulundan asılı olaraq qumun üzərinə əhəng, soda, əhəngdaşı, dolomit və ya feldispat kimi minerallar əlavə edilir və sobalarda 1500 dərəcədə qızdırılır. Yüksək temperaturda əriyib maye halına gələn bu qarışım formalaşdırılaraq şüşə olur. Şüşə yalnız qumdan istifadə etməklə də istehsal edilə bilər. Lakin bu tip şüşə daha kövrək olduğu üçün istifadə etmək çətindir. Bu səbəbdən quma müxtəlif minerallar əlavə edilir.

 Şüşənin xammalı olan qum üyüdülməlidir. Qumun ərimə nöqtəsi yüksək olduğundan, təmiz şüşəyə soda və əhəng əlavə edilməlidir. Bu tədbirlə şüşənin kövrəkliyi də azalır. Rəngli şüşə istehsalında bu qatqılarla yanaşı, uran, kobalt və qızıl kimi maddələr də qarışığa əlavə edilə bilər.

 Şüşə istehsalında üfürmə texnikasını inkişaf etdirən ustalar da var. Bu üsulla şüşəyə müxtəlif formalar verilir. Tətbiqlə bəzək və aksesuar kimi məhsullar istehsal edilə bilər. Üfürmə texnikasında şüşəyə forma vermək üçün borudan istifadə edilir. Bu gün bu sənəti davam etdirən bir çox müəssisələr var.

Mənbə: m.sabah.com.tr

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et