Bu gün:

Xurmanın faydaları


Son zamanlar ən çox rast gəlinən şikayət yaddaş zəifliyidir. Tərkibində A və B vitaminləri olan xurma müntəzəm qəbul edilərsə, yaddaş zəifliyi probleminin qarşısını ala bilər.


B vitamini dərimiz üçün çox vacibdir. Xurmanın tərkibindəki B vitamini dərinin bərpasına kömək edir. Dərinin ehtiyacı olan nəmi təmin etməyə kömək edir.

Ürək ritmini tənzimləməyə kömək edir.
Güclü antioksidantdır.
Dəmir sayəsində dəmir çatışmazlığının müalicəsi üçün qida əlavəsi ola bilər.
Katarakt xəstəliyi riskini azaldır.
Tərkibindəki C vitamini sayəsində immunitetimizi gücləndirir və orqanizmimizi mikroblardan qoruyur.

Xurmanın zərərləri

Diabet xəstələrinin istifadəsi üçün uyğun deyil. Yüksək kalorili qida olduğu üçün mütəxəssislər onu çəki problemi olan insanlara tövsiyə etmirlər. Həddindən artıq yeyildikdə göz və baş ağrısına səbəb olduğu deyilir.
Həddindən artıq yeməyin səbəb ola biləcəyi başqa bir problem, dalağın zədələnməsi ehtimalıdır.
Qəbizlik və həzmsizlik kimi həzm sistemi problemlərini aradan qaldırmaq üçün xurma yemək tövsiyə edilir. Tərkibindəki dəmir sayəsində dəmir çatışmazlığı xəstəliyi üçün qida əlavəsi ola bilər. Kalium sayəsində ürək ritmini və ürək sağlamlığını qorumağa kömək edir. Yaddaşın güclənməsində də mühüm rol oynayır.

Xurma fitness üçün faydalıdırmı?

İdmanla məşğul olan insanların gün ərzində daha çox enerjiyə ehtiyacı var.  

Gündə nə qədər xurma yeyilməlidir?

4 xurma 1 qab meyvəyə bərabərdir. Gündə maksimum 4 ədəd xurma yemək orqanizmin ehtiyac duyduğu enerjini qarşılamasına kömək edəcək. Lifli quruluşu sayəsində dolğunluq hissi yaradacaq. Tərkibindəki vitaminlər sayəsində bir çox faydası olan xurma həddindən artıq qəbul  edilmədikdə faydalı qidadır.

Mənbə: haber türk
Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et