Bu gün:

Hedonizm nədir?


Hedonizm sözü yunanca Hedone sözündən götürülmüşdür. Bu fəlsəfəyə görə həyatın mənası həzz axtarışı kimi müəyyən edilir. Hedonizm fəlsəfəsinə görə, insanların bu dünyada məqsədi dərddən qaçıb həzz dalınca getməkdir.

Fəlsəfəyə görə insana həzz verən duyğular yaxşı, ağrı, kədər isə pisdir. Yaxşı və pisin meyarı olan duyğular tamamilə fərdlərdən asılıdır. Bu səbəbdən hedonizm ümumi əxlaqa deyil, subyektiv əxlaqa əsaslanır.

Hedonizm fəlsəfəsini mənimsəyən və həyatını bu şəkildə yaşayan insanlara hedonist deyilir. Aristipposa görə davranışın səbəbi insanların xoşbəxt olmaq haqqında düşünmələridir. Həyatın davamı üçün həzz hissi lazımdır. İnsanın insan olmasının yeganə səbəbi həzz hissidir.

Hedonizm hərəkatına görə, insanların hərəkətlərinin səbəbi həzz və kədər verən emosiyalardır. Mənəvi baxımdan bir şeyin dəyəri onun insanlarda yaratdığı məmnunluq hissi ilə ölçülür. Əgər psixi və ya fərdi bir şey insanda məmnunluq hissi yaradırsa, o şey yaxşı sayılır.

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et