Bu gün:

Çiçək rənglərinin mənası


Qırmızı çiçəyin mənası


Çiçək adları və mənaları baxımından bütün dünyada qəbul edilən qırmızı qızılgül ehtiras və sevginin ən zərif simvoludur. Bu baxımdan xüsusilə sevgililər və həyat yoldaşları arasında tez-tez seçilirlər. Bunun səbəbi qarşıdakı insana səni sevirəm deməyin ən yaxşı yolu ona gül hədiyyə etməkdir. Xüsusilə Sevgililər Günü, il dönümü ilə bağlı olan cütlərin doğum günü kimi günlərdə adi bir günü xüsusi günə çevirmək üçün seçim edilə bilən qırmızı güllər sevgi əksini ehtiva edir. Qırmızı günlər həm də həyat yoldaşları və sevgililər arasında təbrik deməkdir. Əhəmiyyətli bir inkişaf baş verdikdə, cütlər qırmızı güllərə üstünlük verə bilərlər. 

Ağ çiçəyin mənası


Ağ güllərin mənası odur ki, onlar əsasən qızılgül olduqları üçün sevgi ehtiva edirlər. Qədim dövrlərdə məhəbbəti birbaşa ifadə etmək üçün ağ qızılgüllərdən istifadə olunurdu. Lakin qırmızı qızılgül öz yerini aldıqdan sonra ağ qızılgül fərqli mənalar ifadə etmək üçün istifadə olunmağa başladı. Günümüzdə məsumluq, sədaqət və bağlılıq kimi mənaları ifadə etmək üçün ağ qızılgüllərə üstünlük verilir. Bundan əlavə, ağ qızılgüllər ənənəvi olaraq geniş şəkildə qəbul edilən toy çiçəkləri arasındadır. Ağ qızılgüllər toy təşkilatlarını daha məsum və romantik bir atmosferə çevirir. Eyni zamanda, ağ qızılgüllər sevginin təravətini vurğuladığı üçün gəlin buketlərində tez-tez istifadə olunur. Ağ qızılgüllər ümid hissini təcəssüm etdirdiyi üçün sevdiklərinizə ağ qızılgül hədiyyə etsəniz, onlara hər zaman yanlarında olacağınız, heç vaxt pis əhval-ruhiyyəyə düşməmələri mesajını verə bilərsiniz. Son zamanlar dəfn mərasimlərində istifadə olunan ağ qızılgüllər də başsağlığı məqsədinə xidmət edir.

Sarı çiçəyin mənası


Sarı gül qızılgüllər arasında ən fərqli məna daşıyır. Dosta hədiyyə verildikdə dostluq bağlarını gücləndirərək sədaqətinizi göstərməyinizə imkan verən sarı qızılgül, sevgiliyə və ya həyat yoldaşına verildikdə bir az daha kədərli məna daşıyır. Sevgililər və ya həyat yoldaşları arasında ayrılıq mesajı vermək üçün sarı güllərə üstünlük verilir. Ümumilikdə sevginin bitdiyini və cütlərin artıq eyni hissləri yaşamadığını göstərən sarı qızılgül bu səbəbdən sevgililər və həyat yoldaşları tərəfindən istifadə edilmir. Bununla belə, dostlar, ata və ana kimi yaxın insanlar üçün sarı güllərlə bağlılığınızın nə qədər güclü olduğunu göstərə bilərsiniz.


Mənbə: vuagardenia.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et