Bu gün:

Təqvim nədir? Təqvimlərin hansı növləri var?


Təqvim nədir? Təqvimlərin hansı növləri var?


Lüğət mənası “düzəlmək", “Qiymətini təyin etmək” mənasını verən təqvim sözü bir termin olaraq “müəyyən bir başlanğıca görə bir hadisənin yerini və ölçülərini zamanla verən” mənasını verir. Sözügedən ölçülər il, ay, gün sayı və gün adları kimi təyin olunduğu üçün təqvimin vaxtı günlərə, aylara və illərə bölən bir üsul olduğunu söyləmək olar.


Təqvim zaman anlayışı, onun təşkili və bu tənzimləmə sayəsində həyatımızı təşkil etmək ehtiyacı əsasında hazırlanmışdır. Təqvim sayəsində hadisələr müəyyən bir ardıcıllıqla təşkil edilir. Təqvim sayəsində bir cəmiyyətin tarixi və bəşər tarixi ilə bağlı hadisələr xronoloji ardıcıllıqla qoyulur.


Təqvim bəşər tarixi baxımından bəşəriyyətin ilk əldə etdiyi şeylərdən sayılır. Təqvim əslində riyazi bir əsərdir. Bu şəkildə minlərlə il əvvəl və ya sonra hesablana bilər. Təqvim əsasən astronomik hesablamaların nəticəsi olduğundan və bu hesablamalar demək olar ki, bütün təqvimlərdə günlər əsasında aparıldığı üçün gün bütün dünya təqvimlərində əsas element kimi görünür. Yəni təqvimlər Günəş və Ayın kosmosdakı hərəkətləri zamanı baş verən təbii zaman axınına uyğun olaraq yaradılır.


Mənbə: akra.media

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et