Bu gün:

Türk Lokumu nədir?


Türk Lokumu nədir?


Şöhrəti bütün dünyaya yayılan və dünya dadları sırasında olan bənzərsiz bir daddır. Osmanlıca "rahat ul-hülkum" (boğaz sakitləşdirici) sözündən törəmə türk lokumu 15-ci əsrdən etibarən Anadoluda tanınsa da, xüsusilə 17-ci əsrdə Osmanlı İmperiyasının sərhədləri daxilində geniş yayılıb. 18-ci əsrdə bir ingilis səyyahının sayəsində Avropada "Turkish Lokum" kimi tanındı.


Qədim dövrlərdə türk lokumu təbii bal və ya bəkməz və unun qarışığı ilə hazırlanırdı. XVII əsrdə “Kəllə şəkəri” kimi tanınan zərif şəkərin kəşfi və tətbiqi sayəsində türk lokumu həm istehsalı, həm də dadı dəyişdi. 


Osmanlı dövründə lokum əvvəlcə Balkanlara, sonra isə Avropanın digər bölgələrinə çatırdı. Lokum Avropaya təqdim edilən ilk türk ləzzətidir.

Tarixdən günümüzə qədər gəlib çatan lokum ləzzəti ilə populyarlığını və marağını artırmağa davam edir. Lokum hər zaman ən çox seçilən ləzzətlər arasında yerini tutub.


Mənbə: dedezade.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et