Bu gün:

Sikkənin icadı


Sikkənin icadı

 İlk sikkə çubuqlardan qoparılan hissəciklər formaya salındıqda, çəkisi və mineral dəyərləri üzərində yerləşdirilən işarələr və ya şəkillərlə onu zərb edən dövlət tərəfindən zəmanət altına alındıqda icad edilmişdir. İlk sikkə eramızdan əvvəl 640-30-cu illərdə o dövrdə Anadoluda güclü dövlət olan Lidiyalılar tərəfindən icad edilmiş, qızıl və 40-70% gümüşün qarışığından ibarət olan elektrondan, başqa adı ilə "ağ qızıl" dan hazırlanmışdır.
Formaları lobya və lobyaya bənzəyən bu ilk sikkələrin üzləri: əvvəlcə düz, sonra zolaqlı, sonra təsvirli və arxa tərəfdə bir, iki və ya üç dərin düzbucaqlı, düzbucaqlı və ya üçbucaq var. Bu ilk sikkələrdən sonra gələn və çox güman ki, Lidiyalıların paytaxtı Sardda zərb edilən sikkələrin üzərində krallığın gerbi olan aslan başı və pəncəsi və ya üz-üzə duran iki aslanın protomları (antitetik) var. Lidiyalıların sonuncu kralı Krez (e.ə. 560-546) qızıldan və gümüşdən, eləcə də elektrondan hazırlanmış sikkələr zərb etmiş, onun qızıl sikkələri “Krezus stater”, gümüş sikkələri isə “siqlos” adlanmışdır. Lidiya kralı Krezin bir çox metaldan sikkə zərb etmə sistemi zamanla yunanlara, oradan da Romalılara keçərək Anadoludan kənara da yayıldı.

Mənbə: antiktarih
Tərcümə etdi: Türkan Kərimli

Paylaş
Şərh əlavə et