Bu gün:

Astrologiyada fala baxmaq varmı?


Astrologiya yunanca “astro” və “loqos” sözlərindən əmələ gəlib. Astro ulduz, logos isə bilik deməkdir. Astrologiya göy cisimlərinin hərəkətlərini və nisbi mövqelərini və canlı və ya cansız varlıqların onlardan necə təsirlənəcəyini araşdırır.

Astroloq Robert Currey bir dəfə demişdi; “Astrologiya göy cisimlərinin mövqeləri və hərəkətləri ilə yerdəki fiziki proseslər və həyat arasındakı əlaqəni öyrənir. " Bəzi astroloqlar ulduzlar və bürclərlə işləsələr də, qərb astroloqları Günəş, Ay və Günəş sistemindəki planetlərlə işləyirlər.

Tarixçilərin apardıqları müxtəlif araşdırmalar nəticəsində qədim dövrlərdə sivilizasiyaların astrologiya ilə birbaşa bağlı oıduğu üzü çıxıb. . Bəs bəşər tarixində mövcud olduğu bilinən astrologiya bir elm sahəsidirmi?


Astrologiya nədir?


Astrologiya insanların taleyi deyil, insanların şanslı vaxtlarını, onları məhdudlaşdıran sahələri və bu kimi məsələləri göstərir. Bundan başqa hər şey insanların əlindədir. Beləliklə, astrologiya həyatımızda baş verən hər şeyin səbəbi deyil. Səmada baş verən hadisələrin insan həyatında heç bir əhəmiyyətli təsiri yoxdur.

Astrologiya fala baxırmı?

Astrologiya səmadakı hərəkətləri və planetlərin nisbi mövqelərini araşdırır və insanlara mümkün təsirləri haqqında məlumat verir. Bunu deyərkən səma xəritəsini nəzərdə tuturuq. Halbuki falçılıq tamamilə hisslərə əsaslanan bir hərəkətdir. Buna görə də, hər iki anlayış bəzi cəhətlərə görə oxşar olsa da, əslində tamamilə fərqlidir.


Astrologiya ilə Astronomiya arasındakı fərq nədir?


Yuxarıda dediyimiz kimi, astrologiya ulduzların və göy cisimlərinin hərəkətlərini araşdırır və onların insanlara təsirinə diqqət çəkir. Amma astronomiya kainatda və səmada baş verən hadisələri öyrənir. O, həmçinin göy cisimlərinin xüsusiyyətlərini araşdırır və hesabatlar hazırlayır. Astronomiya bir elm sahəsidir, çünki onların hazırladıqları hesabatlar astronomiyadan fərqli olaraq obyektiv məlumatlar ehtiva edir. Astrologiya astronomiya tədqiqatlarından çox istifadə edir.

Mənbə: timeakademi

Tərcümə  etdi: Nailə Hadizadə

Paylaş
Şərh əlavə et