Bu gün:

Qar yağmasının faydaları nələrdir?


Qar yağmasının faydaları nələrdir?

Unutmayaq ki, qar bütün canlılar və təbiət üçün çox faydalı yağıntı növüdür.

Bitki qidası üçün çox faydalıdır

 Qar suyu torpaqda kalium, kalsium, dəmir kimi mineralları həll edir və bitkilərin qidalanmasını təmin edir.

Quraqlığa qarşı təsirlidir

 Qar yerüstü və yeraltı su ehtiyatlarının ən mühüm mənbəyidir. Yalnız suda deyil, enerji sahəsində də təsirlidir. Qar sayəsində bəndlər dolur və enerji olaraq bizə qayıdır.

Torpağı zənginləşdirir

 Qarda olan ammonyak qar əriyəndə torpaqda qalır. Bu ammonyak azot bakteriyaları tərəfindən kalsium nitrata kimi azot duzlarına çevrilir və bitkilərin azot ehtiyacını ödəyir.

Havadakı mikroblara qarşı təsirlidir

 Havada və quruda olan zərərli mikroblar qarla birlikdə yox olur.

 Hava istiliyini balanslaşdırır

 Qar yağanda hava yumşalır və havanın çox soyumasının qarşısı alınır.

Bitkiləri qoruyur

 Qar yağanda bitkilərin üzərində örtük əmələ gəlir. Bu örtük həm də bitkiləri qoruyur.

Qar yağışının növləri hansılardır?

Kəpəkli: Böyük qar dənəciklərinin düşməsi ilə meydana gələn qar yağışı növüdür. Bu forma kubik qar da deyilir.

Çovğun: Küləklərin sürəti 56 km/saatdan sürətlə yağan qar yağışı. Çovğun zamanı görmə qabiliyyəti azalır, yerimək və maşın sürmək çətinləşir.

Sulu qar: Hələ səmada əriyən qar yağış kimi yağır. Bu yağışa bənzəyən qar öz normal axınında qarla müşayiət olunur. Sulu qar zamanı yağış və qar birlikdə yağır.

Qraupel (Bulqur): Normal qar dənəciklərindən daha kiçik və sərt yağan qara bulqur qarı deyilir.

Quru qar: Son dərəcə soyuq havalarda və aşağı rütubətdə diametri 1 mm-dən kiçik qar kristalları əmələ gəlir. Yerdə nazik qar təbəqəsi əmələ gətirən qar dərhal ərimədiyi üçün ətrafı islatmır.

Mənbə: hthayat. haberturk. com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et