Bu gün:

Yin Yang fəlsəfəsi


Yin Yang fəlsəfəsi

Yin və Yang Nəzəriyyəsi bəşər tarixi boyunca meydana çıxan bütün bilik və inanc mənbələrinə təsir göstərmişdir. Yin və Yang nəzəriyyəsi və prinsipləri bütün kainatın fəaliyyətini izah edir. Çində ortaya çıxan nəzəriyyənin tarixi əkinçilikdən əvvəlki Toplayıcı və Ovçuluq Cəmiyyətlərinə gedib çıxır.

Yin passiv, yang aktiv enerjini əks etdirir. Bu axan enerji "Chi" və ya həyat enerjisidir. Həyat enerjisi yin yang münasibətində və beş elementin birləşməsində öz tarazlığını saxlayır. Bu elementlərdən tarazlıqda istifadə etmək insanları rahatlaşdırır.

Yaxşı və şərin simvolları kimi tanınan Yin və Yangın bir nəzəriyyə olaraq əxlaqi dəyərlərlə heç bir əlaqəsi yoxdur. Nəzəriyyə bir şeyi nə yaxşı, nə də pis hesab edir. Əksinə, bütünlüklə kainat faktlarına əsaslanır və kainatı ziddiyyətlərin dinamikası kimi araşdırır.

 Yin- Yang dairəsi və ya Tai-Chi adlanan sadə simvol əsasən Taonun fəlsəfəsini izah edir. Tao (yol) kainatdakı hər şeyin iki qüvvə tərəfindən idarə olunduğunu müdafiə edir. Bunlardan birincisi şəkildə qara rənglə simvollaşdırılan yindir. Mənfi qüvvəni ifadə edən Yin gecə, ay, qaranlıq kimi məfhumlara da işarə edir. Ağ rənglə simvollaşdırılan Yang, ruh, işıq, istilik, günəş və gün kimi anlayışları təmsil edir. Yin həmişə yangdan sonra gəlir. Bu o deməkdir ki, hər qaranlıqdan sonra işıq gəlir.

Mənbə: Hürriyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et