Bu gün:

Taoizm nədir və nəyə inanır? Kim Taoist adlanır?


Qədim dövrlərdə ortaya çıxan bir çox inanc növləri var. Taoizm də bu inanc növləri arasındadır. Taoizm bir təlim kimi tanınır. Qədim dövrlərdə bu təlimə inananların sayı kifayət qədər çox idi. Taoizmlə bağlı araşdırmalar həm internetdə, həm də ensiklopediyalarda davam edir. Son zamanlar Taoizmlə bağlı araşdırmalar artmağa meyllidir. Bəs Taoizm nədir?

Taoizm daoizm olaraq da tanınır. Taoizm Çin sözü olub "yol və yerimək" mənasını verir. Taoizm bir inancdır

Taoizm nədir?

Taoizm Çin mənşəli bir sözdür. Taoizm qədim zamanlarda ortaya çıxan və əsası Laozi tərəfindən qoyulmuş bir inanc sistemidir. Laozi bu təlimi öz yazılı əsərlərində təqdim etmişdir. Daoizm təliminin başlanğıcının eramızdan əvvəl 6-cı əsrə aid olduğu bildirilir. Taoizmin qurucuları və nümayəndələri Laozi və Çuanqzidir.

Taoizm nəyə inanır?

Bir inanc fəlsəfəsi olaraq, Taoizm dünyada cisimlərin əslində mövcud olmadığını iddia edən bir inanc sistemidir. Bu inanc sisteminə görə hər şey Taoya məxsusdur. Taodan gəlir və Tao tərəfindən idarə olunur. Tao kainatın tanrısıdır. Eyni zamanda, Tao heç kim tərəfindən yaradılmayıb.

Taozimə görə, Tao kortəbii olaraq yaranmışdır. Buna varlıq səbəbi deyilir. Tao başqa canlı tərəfindən təsvir edilə və ya başqa canlı tərəfindən konkretləşdirilə bilməz. Taozizm üçün Tao sonsuzdur. Bunun başlanğıcı yoxdur. O kainatda həmişə mövcud olub.

Kim Taoist adlanır?

Taoizmə inanan və kainatın Tao tərəfindən yaradıldığına inanan və bu inanc sistemini mənimsəyən insanlara Taoçu deyilir.

Mənbə: Milliyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et