Bu gün:

Şerlok Holms kimdir?


Artur Konan Doyl tərəfindən yaradılmış İngilis detektivi 6 yanvar 1854-cü ildə Londonda anadan olub. Onun ilk hekayəsi "Qırmızı fayl" 1887-ci ildə qəzetdə çap olunub. Şerlok Holms detektiv qəhrəmanların bəlkə də ən məşhurudur. O, hadisələri müşahidə yolu ilə həll etməklə məşhurdur. O, dedektiv üsuldan çox yaxşı istifadə edir, verdiyi suallara cavabların tutarlı bir bütövlük təşkil etdiyinə əmin olur.

Bundan əlavə, o, öz laboratoriya araşdırmaları nəticəsində əldə etdiyi məlumatları tək hadisələrə tətbiq edir və siqaret kötüklərindən, əl yazılarından, ayaq izlərindən, hər cür məlumat qırıntılarından nəticə çıxarır. 




Müəllif Doyl Holms obrazını yaradarkən dövrün məşhur həkimlərindən olan professor Cozef Belli nümunə götürüb. Bell xəstələri haqqında məlumat əldə etmək üçün Şerlok Holmsun macəralarında tez-tez rast gəlinən müşahidə üsulundan istifadə etmiş və bu üsulu tibb tələbələrinə öyrətmişdir. Onun Avropanın kral ailələri və görkəmli şəxsiyyətləri də daxil olmaqla xeyli müştərisi var idi. 




Holms yaxşı döyüşçüdür. Universitetdə boks və qılıncoynatma üzrə təhsil alıb və XIX əsrdə İngiltərədə yayılmış çubuq döyüşü üzrə mütəxəssis olub. Hekayələrdə Holmsun döyüşləri adətən sonradan danışılır. İnsanlara bir tənlik elementi kimi yanaşan və buna görə də emosional aspektlərə keçməyən Holms, məqsədinə çatmaq üçün bəzən aldadıcı və hiyləgər bir xarakter alır.




"Bir şeyi gizlətməyin ən yaxşı yolu onu hamının görə biləcəyi yerə qoymaqdır."


Şerlok Holms




Mənbə: sorubankasi.com


Tərcümə etdi: Sevil Azər

Paylaş
Şərh əlavə et