Bu gün:

Spiritizm nədir?


Spiritizm nədir?

Spiritualizm fəlsəfənin ruhların köçməsi (reinkarnasiya), cənnət, cəhənnəm və Tanrı kimi metafizik anlayışları təfərrüatı ilə araşdıran bir qoludur. Materializm və Determinizm kimi materialist fəlsəfələrə reaksiya olaraq doğuldu. 

Spiritualizm zamanla bir çox növlərə bölünmüşdür. Bəzi mütəfəkkirlər axirətə və qiyamət gününə inanarkən, bəziləri ruhun reenkarnasiya yolu ilə başqa bədənlərdə təkrar-təkrar doğulacağına inanırlar. Ən çox yayılmış məktəblər Eksperimental Spiritualizm və Ənənəvi Spiritualizmdir. 20-ci əsrin sonunda Neo-Spiritualizm adlı yeni bir cərəyan meydana çıxdı. Bu hərəkətdə hipnoz və psixi güclər mühüm yer tutur.

Spiritualizm səmavi dinləri və mistik təlimləri sintez edən fəlsəfi cərəyandır. Spirituallar "metafizika" olaraq təyin olunan fövqəltəbii hadisələri araşdırırlar. Bu hərəkat zamanla bir çox məktəblərə bölünüb və hər məktəb fərqli paranormal fenomenlə məşğul olur. Məsələn, bəzi məktəblərdə yalnız yuxu yozulur. Yuxuda görülən hər şey simvolik baxımdan araşdırılır və təhlil edilir.

Mənbə: Hüriyyet

Tərcümə etdi: Nəzri Süleymanova

Paylaş
Şərh əlavə et