Bu gün:

Mars planetinin temperaturu nə qədərdir?


Marsda səthin temperaturu qütblərdə mənfi 225 dərəcə Fahrenheit-dən yayda günorta saatlarında ekvatorda 70 dərəcə Fahrenheit-ə qədər dəyişir. Ekvator və qütblər arasındakı temperatur mənfi 76 ilə mənfi 58 dərəcə Fahrenheit arasındadır.

Yay aylarında orta enliklərdə yüksək temperatur təxminən 32 dərəcə Fahrenheit təşkil edir. Temperatur kifayət qədər aşağıdır ki, bir gecədə şaxta əmələ gəlsin, ardınca səhər şaxta buxarlananda nisbətən yüksək rütubət yaranır. Planet öz oxu boyunca fırlandığı üçün Mars da Yer kimi fəsilləri yaşayır. Qütb buz örtükləri yayda tamamilə yox ola bilər.

Mənbə: 411answers.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et