Bu gün:

Bədəndəki ən kiçik sümük haradadır?


Bədəndəki ən kiçik sümük haradadır?

Normal insan bədən quruluşunda 206 sümük var. Körpələrdə bu sümüklərin sayı daha çox olur və yetkin olanda sümüklərinin bir hissəsi birləşərək sümüklərin sayı 206-ya qədər azalır. İnsan bədənindəki 206 sümük arasında ən kiçik sümüklər çəkic, örs və üzəngi sümükləridir. Ölçüsünə görə bu sümüklərdən danışarkən kiçik sümük mənasını verən sümükcik termini işlədilir. Hətta insan skeletinin hansı orqanında çəkic, örs və üzənginin olması ilə bağlı viktorina yarışmasında ümumi biliklər sahəsində suallar da var. Çəkic, örs və üzəngi qulağımızdadır.

 Qulağımızdakı bu üç sümükdən ən kiçiyi üzəngi sümüyüdür. Üzəngi sümüyü təxminən 3 millimetr uzunluğundadır. Bu mövzuda keçirilən viktorina yarışlarında insanlardan tez-tez hansı orqanın ən kiçik sümüyə malik olduğu soruşulur.

Hansı orqanda ən kiçik sümük var?

 Bədənimizdəki ən kiçik sümük qulağımızda yerləşir. Qulağımız beş duyğu orqanımızdan biridir və eşitmə funksiyasını yerinə yetirir. Bir çox viktorina yarışmalarında sual olaraq ortaya çıxdı.

Ən kiçik sümük neçə millimetrdir?

 Bədənimizdəki ən kiçik sümük üzəngidir dedik. Bu sümüyün ölçüsü təxminən 3 mm-dir. 3 mm təxminən bir düyü dənəsinin ölçüsüdür. Bu halda üzəngi sümüyünün nə qədər kiçik olduğunu ortaya qoyur.

Sümüklər

 İnsan bədənində təxminən 206 sümük olsa da, biz bu sümükləri üç yerə bölürük. İnsan bədənində tapılan sümüklər:

Uzun sümüklər, 
qısa sümüklər,
düz sümüklər. 

Mənbə: enküçük.com

Tərcümə etdi: Aysel Aslanova

Paylaş
Şərh əlavə et