Bu gün:

Sapfir daşı


Bütün daşlar kimi, sapfir daşı da təbii prosesdə əmələ gəlir. Kristal quruluşa malik sapfir daşının əmələ gəlməsi yüz minlərlə, hətta milyonlarla il çəkir. Bu, əsasən qayalarda tapılan və minalanmış bir daşdır. Xüsusilə bazalt və ya şist tipli süxurlar olduqda sapfir daşlarının tapılma ehtimalı daha yüksək səviyyəyə yüksəlir.


 Daha çox böyük kütlələrdə hasil edilən sapfir daşının vətəni Hindistandır. Nadir olduğu üçün ümumiyyətlə bu ölkədə çıxarılan daş kimi tanınır. Nadir olduğu üçün sapfir daşı çox qiymətli mineral hesab olunur. Korund adlanan mineral növü kimi tanınır. Əsasən tünd rəngli olan sapfirlər daha qiymətlidir. Dayanıqlı quruluşa malik olduğu üçün iqlim şəraitinə uyğunlaşan daşlar sırasındadır. Bundan əlavə, yüksək temperaturlara davamlı olduğu üçün uzun proseslərlə istənilən formada formalaşdırılır. Parlaq və hamar forması ilə çox təsiredici bir estetikaya malikdir. Xüsusilə mistik gücə malik olduğuna inanılan sapfir daşı Göy yaqut daşı kimi də tanınır. İstər fizioloji, istərsə də psixoloji cəhətdən sağlamlığa əhəmiyyətli faydalarının olduğunu söyləmək mümkündür.


Mənbə: hüriyyet

Tərcümə etdi: Aynur Mikayılova

Paylaş
Şərh əlavə et