Bu gün:

Bürclər və Astrologiya realdırmı?


Bürclər və astrologiya elm kimi astronomiya ilə ortaq bir araşdırma sahəsindədir. Bürclər və onların şərtləri səmaya baxmaq və ulduzların mövqeyindən istifadə etməklə müəyyən edilir. Bir çox insan bürclərə inanır və onların xüsusiyyətlərini öz həyatları ilə uyğunlaşdırır.

Elmi olaraq ulduz falı və astrologiyanın reallığı olmadığı deyilsə də, çoxları buna inanır. Bir çox fərqli məlumat və anlayışın mövcudluğuna görə ulduz falı və astrologiya ilə bağlı qəti bir nəticə yoxdur.

Tamamilə insanların psixologiyası ilə izah edilən bürclərin heç bir həqiqəti əks etdirmədiyini düşünənlər də var. Göyün və ulduzların vəziyyəti dünyaya və insanlara təsir etsə də, bunların hamısının psixoloji olduğu bildirilir. İnsanlar ümumiyyətlə ulduz falının şərhlərinə baxırlar, çünki həqiqət olmaq istədikləri şeyləri eşitmək və görmək istəyirlər.

İnsanların doğulduğu zaman günəşin mövqeyini göstərən bir sahəni simvollarla ifadə etmək, bürclərin nə olduğunu izah edir.  Bürclər dörd qrupa bölünür və bunlar od, torpaq, hava və su kimi müəyyən edilir.  Hər qrupun özünəməxsus xüsusiyyətləri var və hər qrupda bürclər var.  Od əlamətlərinə qoç, şir və oxatan bürcləri daxildir. Torpaq qrupunda buğa, qız, oğlaq; Hava qrupunda əkizlər, tərəzi, dolça, Su qrupunda isə xərçəng, əqrəb və balıqlar aiddir. Bürclər insanın doğum ayına və gününə görə müəyyən edilir. Doğum tarixini yazmaqla bürcləri müəyyən etmək mümkündür. Göydəki hər bürcün yeri və ulduzları fərqlidir. Bu səbəbdən bürclərin xüsusiyyətləri və təsiri də insanlar üçün fərqlidir.

Mənbə : Hürriyyət .com

Tərcümə edən: Leila Adigözəlova

Paylaş
Şərh əlavə et