Bu gün:

Pişiklərin insanları dişləməsinin səbəbi açıqlanıb


Pişiklərin insanları dişləməsinin səbəbi açıqlanıb 

Pişiklər sirli və gözlənilməz ev heyvanları hesab olunur. Və buna görə ev heyvanınız zaman zaman sizi dişləyə bilər.

Qoxu. Pişiklərin çox həssas qoxu hissi var və bəzi insanlarda onun üçün xoşagəlməz qoxu ola bilər.

Qarşılıqlı əlaqə və ünsiyyət. Pişik çox vaxt ona daha çox baxan və onunla daha çox oynayanlara üstünlük verir. Və əksinə.

Temperament və şəxsiyyət. Bəzi ev heyvanları ictimailəşməyi sevir, bəziləri isə tək qalmağı üstün tuturlar. Əgər pişik və insanın xasiyyəti uyğun gəlsə, onlar arasında xüsusi bir əlaqə yarana bilər. Eləcə də əksinə.

Ərazi davranışı. Pişiklər öz ərazilərini müdafiə edə və bunu edərkən aqressiv davrana bilərlər.

Qəzəb və nifrət. Bir şəxs bir dəfə pişiyi incitmişsə, ondan qorxacaq və hətta onu dişləməyə başlaya bilər.

Mənbə: ferra.ru

Tərcümə etdi: Aytac Şirəliyeva

Paylaş
Şərh əlavə et