Bu gün:

Günəş qasırğalarının dağıdıcı təsirləri


Güclü günəş alovları bəşəriyyəti orta əsrlərə qaytara bilər, ispaniyalı vloqçu Daniel Mediavilla YouTube-dakı El Pais qəzetindəki  vloqunda bu nadir hadisənin Yer kürəsində elektrik şəbəkəsini məhv edə və ya peyklərin işini poza və insanları sözün əsl mənasında internetə çıxışsız qoya bilər.

Mediavilla xəbərdarlıq edib ki, günəş aktivliyinin uzunmüddətli dövrü 2024-cü ildə pik həddə çatacaq. Oxşar “Karrinqton hadisəsi” 1859-cu ildə, geomaqnit qasırğası səbəbindən minlərlə kilometr teleqraf xətləri sıradan çıxmış və insanlar telefonla əlaqə saxlamaqdan məhrum etmişdir. 

Bundan əvvəl Paris Astrofizika İnstitutunun alimləri müəyyən ediblər ki, Kainatda ilk işıq mənbələri cırtdan qalaktikaların alovları olub. Onların araşdırmasına görə, ultra zəif qalaktikalar kosmik reionlaşma zamanı neytral hidrogeni ionlaşmış plazmaya çevirən ionlaşdırıcı fotonlar istehsal edir.

İngiltərədəki Durham Universitetinin astronomları Günəşin kütləsindən təxminən 33 milyard dəfə böyük olan superkütləvi qara dəlik kəşf etmişdilər. Bu, elmə məlum olan ən böyük qara dəlikdir. Tədqiqat Böyük Britaniya Kosmik Agentliyi, Kral Cəmiyyəti, Britaniya Elm və Texnologiya Şurası və Avropa Araşdırma Şurası tərəfindən dəstəklənib.


Mənbə: news.ru

Tərcümə etdi: Əlibəyova Ceyla

Paylaş
Şərh əlavə et