Bu gün:

"İncəsənət sahəsində Azərbaycan Türkiyəyə müəllimlik edə bilər"


24 media.az-ın "1 sual, 1 cavab" rubrikasının budəfəki qonağı təhsil eksperti Qoşqar Məhərrəmovdur. O Türkiyə-Azərbaycan Universitetinin vəd etdiyi geniş perspektivlər haqqında danışıb. 

Türkiyə-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasındakı münasibətlərə necə təsir göstərəcək?

Tələbə mübadiləsi, elmi təcrübələrin paylaşılması, iqtisadi maraqlar ölkələrarası münasibətlərin inkşafında önəmli rol oynayır. Universitetin professor-müəllim heyətinin hər iki ölkədən olması maraqlı tandem, harmoniya yaradacaq. Azərbaycan Türkiyənin elmi potensialından, Türkiyə isə Azərbaycanın mədəni irsindən fayadalanacaq. Düşünürəm ki, incəsənətdə korifeylər yetişdirən Azərbaycan bu sahədə Türkiyəyə müəllimlik edə bilər. Ötən əsri qapalı rejim altında keçirməyən Türkiyə isə Qərbin inkşaf perspektivinə daha yaxındır və nəzərə alsaq ki, türkiyəli alimlər daha çox elmi tədqiqatlar aparır, startaplar həyata keçir, təəccüblü deyil ki, dünyada elmi çəkisi olan məqalələrin sayına görə Türkiyə Azərbaycanı üstələyir. 


Universitetdə tədris dilinin ya İngilis dilində, ya da üç dildə; Azərbaycan, İngilis, Türk dillərində olmasının tərəfdarıyam. Azərbaycan dilinin məişət dili zəminində qalmaması üçün elmi müstəvidə işlədilməlidir. Universitetin təşkili təqdirəlayiq addımdır və bu münasibətlə hər kəsi təbrik edirəm.


Bənövşə Bağırova

Paylaş
Şərh əlavə et