Bu gün:

Kağız: kim tərəfindən və nə vaxt icad olunub?


İndi biz informasiya əldə etmək üçün daha çox rəqəmsal texnologiyalardan istifadə edirik. İş o yerə çatıb ki, çap olunmuş jurnal və qəzetlərin oxucu sayı günü-gündən azalır. Digər tərəfdən, elektron kitablar və audiokitablar getdikcə daha çox yayılır. Halbuki, yaxın vaxtlara qədər məlumat ötürmənin ən təsirli və qalıcı yolu kağızdan istifadə idi.


Qədim dövrlərdə– hələ kağız icad edilmədiyi vaxtlarda insanlar mağara divarlarına simvollar və şəkillər çəkirdilər. Vaxt keçdikcə daşlar, ağac qabıqları, metal lövhələr və heyvan sümükləri də eyni məqsədlə istifadə edilməyə başlandı. İlk yazılı mətnlər 5000 il əvvəl Mesopotamiyada gil lövhələrə həkk olunub. Ancaq ağac qabığı kimi bəzi materialların qısa müddətdə çürüməsi, onların istənilən formaya düşməməsi, əksəriyyətinin asanlıqla emal oluna bilməməsi və ağırlıqlarına görə daşınasında çətinliklərin yaşanması insanları daha sadə yollar axtarmağa sövq edirdi. 




Çində insanlar yazı üçün ipək parçalardan və daha yüngül material olan bambukdan stifadə edirdilər. Bambuk qamışlarının şaquli forması Çində yazının şaquli şəkildə inkşaf etməsi ilə nəticələnmişdir. 




Misirlilər isə yazmaq üçün papirus vərəqlərdən istifadə edirdilər. Papirus rulonları papirus bitkisinin gövdəsinin süngərli hissəsindən hazırlanır. Bu hissə çıxarıldıqdan sonra nazik zolaqlara kəsilir və bu zolaqlar üst-üstə qoyularaq qurudulurdu. Həmçinin, bir çox qərb dillərində kağız mənasını verən “papier” sözü də papirus sözündən götürülüb.



Mənbə: bilimgenc.tubitak.gov. 


Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et