Bu gün:

Qırmızı panda


Bambuk qırmızı pandaların pəhrizlərinin 85-90%-ni təşkil edir.Onlar gündə 20.000 bambuk yarpağı yeyə bilirlər. Ancaq yarpaqların aşağı kalorili olması səbəbindən enerjilərini qorumaq üçün istirahət də etməlidirlər.

Günün çox hissəsini qidalandırdıqları, yatdıqları və günəşləndikləri ağac budaqlarında keçirirlər. Qırmızı pandalar bədənlərini isti saxlamaq üçün tüklü quyruqlarına bürünürlər. Onlar maraqlı rəngləri vasitəsilə meşədə kamuflyaj edə bilirlər. 

Qeyri-qanuni ovlanma və yaşayış yerlərinin dağıdılması səbəbindən Beynəlxalq Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyi tərəfindən "Nəsli kəsilməkdə olan" kateqoriyasına aid edilən qırmızı pandaların sayının 7000 ilə 10.000 arasında olduğu təxmin edilir. 

Nepalın şərqində yerləşən, dünyanın ən böyük biomüxtəliflik zonası olan Panchthar-Ilam-Taplejungda (PIT) qırmızı pandaların sayı “Qırmızı Panda Şəbəkəsi” tərəfindən təyin edilmiş meşə qoruyucularının fəaliyyəti sayəsində əhəmiyyətli dərəcədə artmışdır.

Qırmızı pandalar bu ərazidə biomüxtəlifliyin nadir nümayəndələrindən biridir. Qurulmuş Qırmızı Panda Qoruğu Meşəsində buludlu bəbirlər, Himalay qara ayıları və yüzlərlə quş növünə də rast gəlinir. Faruk Yalçın Zooparkı və Botanika Parkı Qırmızı Panda Şəbəkəsi də davamlılığının təmin edilməsində məsuliyyəti öz üzərinə götürüb.


Mənbə: farukyalcinzoo.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş