Bu gün:

Xarici dil öyrənmək niyə vacibdir?


İndiki dövrdə xarici dil öyrənmək seçim və ya hobbidən çox zərurətə çevrilib. Qloballaşan dünyada dil bilmək hər zaman bir addım öndə olmaq deməkdir.

Özünü təkmilləşdirmək

Bundan əlavə, özünü təkmilləşdirmək yeni mədəniyyət öyrənmək, yeni insanlarla tanış olmaq və onların dünyasına, tanınmayan bir dünyaya addım atmaq deməkdir. 

Xarici dil öyrənməyin verdiyi üstünlüklər var, məsələn: özünü kəşf etmək, müxtəlif yollarla düşünmək və özünü daha yaxşı ifadə etməyə başlamaqdır. 

Xarici dil öyrənmək istəyəndə qarşıda bir çox variantlar olur. Filmlər, musiqi, kitablar, jurnallar və hətta oyunlar. Bunlardan yararlanaraq, özünü təkmilləşdirə və peşəkar təhsilə töhfə verə bilmək olar. Xarici dil öyrənmək, bir növ, öz başına nə edə biləcəyini öyrənməkdir.

İnsanlarla ünsiyyət

Dil öyrənmək hər kəs üçün tamamilə fərqli dünyaların qapısını açır. Məsələn xaricə gedəndə oradakı insanlarla ünsiyyət qurmaq asanlaşacaq. Dil bilmək insanların üfüqünü genişləndirəcəyi üçün həyata və o dili bilən insanlara baxışı dəyişəcək, çünki bir növ onların dilini bilmək onların mədəniyyətini, incəsənətini və həyat tərzini bilmək deməkdir.

Özünəinam

Xarici dil öyrənmək ana dilini gücləndirir və söz ehtiyatını artırmağa kömək edir. İnsanların özlərinə inamı artır, çünki dil öyrənmək bir nailiyyətdir. Nəyəsə nail olduğunu görmək özünə inamı daha da artırır.

Yeni insanlar

Yeni dil yeni insanlarla tanış olmaq və yeni dostlar tapmaq deməkdir. Həmçinin bu, insanların dünyagörüşünü artıra bilər.

Mənbə: IIENSTITU

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et