Bu gün:

“Bu müəllimlərin arasında rəqabət mühitini yaxşılaşdırır”



24media.az-ın "1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi təhsil eksperti Elçin Süleymanovdur. O, təhsilverənlərin sertifikasiya imtahanlarına cəlb olunmasının önəmindən  danışıb.


-Təhsilverənlərinsertifikasiya imtahanlarına cəlb olunmalarını necə dəyərləndirirsiniz?




Təhsilverənlərin sertifikasiyası müəllimlərin arasında rəqabət mühitini yaxşılaşdırır. Eyni zamanda, müəllimlərin bilik səviyyəsinin öyrənilməsinə, analiz edilməsinə və buna uyğun addımların atılmasına dəstək olur. Və burada onu da qeyd edim ki, əmək haqqı baxımından sertifikasiyanın təhsilverənlər üçün müsbət çalarları var. Çünki bu nəticəyə görə əmək haqqlarının 30 faizə qədər artırılması imkanı qazandırır. Bu bir kütləvi prosesdir və həyata keçirilməsi uzun zaman tələb edir. Ancaq düşünürəm ki, bu, müəllimlərin öz işinə daha ciddi yanaşmasına, peşə hazırlıq səviyyəsinin yaxşılaşması istiqamətində bir motivasiyadır. Eyni zamanda, Elm və Təhsil Nazirliyi orta məktəb müəllimlərinin peşə bacarıqlarının ölçülməsi və əskik yönlərinin inkişaf etməsinə zəmin yaradır. Fikrimcə, bu təhsilin keyfiyyətinə müsbət təsir göstərən bir amildir. Demək olar ki, əksər təhsil sistemi inkişaf etmiş ölkələrdə də buna bəzər sistem var.


Sevil Azər

Paylaş
Şərh əlavə et