Bu gün:

Dünyadakı hər şey haqqında qeyri-adi faktlar


Dünyamız düşündüyümüzdən daha maraqlı və rəngarəngdir. Hər gün yeni bir şey baş verir. Mən sizə dünyada hər şey haqqında qeyri-adi faktları təqdim edirəm.

Elə bir zəhərli bitki (Oenanthe crocata) var ki, ölüm anında qurbanının üzünə təbəssüm yaradır.

Dünyanın ən məşhur içkisi qəhvədir. Hər il insanlar təxminən 400 milyard fincan qəhvə istifadə edirlər.

Dünyanın ən böyük güvəsi aqrippinadır. Qanadının genişliyi 28 sm.

Təbiətdə qoyun ovlayan tutuquşular var. Bu yırtıcıların adı Keadır.

Snikers şokoladı şirniyyatçı Frank Marsın ailəsinə aid sevimli atın şərəfinə adlandırılıb. 

İndiyə kimi ölçülə bilən ən uzun meduza 50 metr uzunluğunda olub. Bu təxminən bir futbol meydançasının uzunluğu qədərdir. 

Meduzaların beyinləri və qan damarları yoxdur.

Bir çay qaşığı bal 12 arının ömür boyu göstərdiyi əməyin nəticəsidir.

Dünyanın ən böyük mirvarisinin çəkisi 6 kiloqrama çatır.

ABŞ qanunlarına görə 1913-cü ilə qədər uşaqlar poçt vasitəsilə göndərilə bilərdi. 

Qədim yunanların dilində din sözü yox idi.

Orta ölçülü buludun çəkisi təxminən 500 tondur, bu rəqəm 80 filin çəkisinə bərabərdir. 

Püskürmədən sonra lavanın yayılma sürəti itin qaçış sürətinə yaxındır.

Antarktidada yalnız bir çay var - Oniks, ildə cəmi 60 gün axır

Mənbə: akunb.altlib.ru

Tərcümə etdi: Ceyla Əlibəyova

Paylaş
Şərh əlavə et